SEPAH-ın öldürülən nüfuzlu şəxsi kimdir? – Sui-qəsd məkanındakı “sirr”

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2023-cü ilin son ayında üç yüksəkrütbəli hərbçisini İsrailin Suriyadakı hərbi əməliyyatları nəticəsində itirib.

Dekabrın əvvəlində SEPAH-ın Suriyadakı məsləhət missiyasının iki əməkdaşı – briqada generalları Məhəmməd Əli Atai Şorçe və Pənah Tağızadə – aviazərbələr nəticəsində həlak oldu.

Onlar SEPAH-ın Qüds Qüvvələrinin 340-cı bölməsinin zabitləri idi.

Dekabrın 25-də İsrailin Dəməşqə hücumları nəticəsində SEPAH-ın daha bir əməkdaşı, İranın nüfuzlu hərbi komandirlərindən biri olan Seyid Razi Musəvi öldürüldü.

Ümumiyyətlə, SEPAH-a qarşı əməliyyatlar belə deməyə əsas verir ki, İsrail İranın Suriya və Livan arasındakı təchizat xətlərini və bu xətləri koordinasiya edən şəxsləri hədəfə alır.

İran emissarlarının Tehranın regiondakı əsas proksi gücü olan “Hizbullah”a yardım kampaniyasını kurasiya edən şəxslərin hədəfə alınması gələcək kəşfiyyat axınının strukturunu izah edir.

Seyid Razi Musəvinin kimliyi barədə bir neçə məlumatı təqdim etməklə bu izaha girişmək mümkündür.

“Amwaj.media” yazır ki, Seyid Razi Musəvi İranın Suriyadakı səfiri ilə görüşdən sonra Dəməşqin cənub ətraflarında öldürülüb.

Musəvi İranın Suriyaya, Livandakı “Hizbullah” hərəkatına silah göndərməsini asanlaşdıran obraz kimi yadda qalıb, Qüds Qüvvələri ilə Suriya hökuməti arasında koordinasiyaya cavabdeh olub.

İran tərəfi çox üstünü açmasa da, Musəvi Livan və Suriyada onilliklər boyunca təcrübəli veteran hərbçi kimi tanınıb.

Məlumatlı mənbələr, həmçinin, iddia edirlər ki, Musəvi İranın “Fateh” sinfinə aid olan “yer-yer” tipli ballistik raketlərin “Hizbullah”a çatdırılmasında mühüm rol oynayıb.

Musəvi 2020-ci il yanvarın əvvəlində ABŞ-nin hücumu nəticəsində İraqda öldürülən SEPAH-ın Qüds Qüvvələrinin ozamankı komandanı Qasım Süleymaninin sağ əli kimi tanınıb.

Seyid Razi Musəvi

Qüds Qüvvələrinin hazırkı komandanı İsmayıl Qaani isə Musəvini qərargah rəisi təyin edib. Bu, Musəvinin SEPAH-ın Qüds Qüvvələrində ikinci ən yüksəkrütbəli İran hərbi zabiti olması deməkdir.

Hərçənd ki, onun faktiki təsir üstünlükləri, təbii ki, o qədər də bəlli deyildi.

Musəviyə qarşı sui-qəsdin baş verdiyi məkan da diqqəti çəkir. Musəvi Həzrət Zeynəbin məqbərəsinin yaxınlığında öldürülüb.

Məqbərə Suriyanın mühüm şiə ziyarətgahına ev sahibliyi edir və hər il milyonlarla zəvvar oranı ziyarət edir. Musəvi bu türbəni müdafiə edən İran qüvvələrinin də koordinasiyasına cavabdehlik daşıyıb.

Məkan olaraq məqbərənin ətrafının seçilməsi isə göstərir ki, İsrail burada Qüds Qüvvələrinin prosesləri koordinasiya edən qərargahlar qurduğuna dair yeni kəşfiyyat məlumatlarına malikdir.

İsrailin bundan sonra İranın Livan-Suriya xəttindəki koordinasiya marşrutlarına daha sarsıdıcı zərbələr vuracağı qaçılmazdır.

Hərçənd ki, İran Musəvinin öldürülməsindən sonra İsraili hədələyib və lazımi cavablar veriləcəyini bəyan edib./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password