Paşinyanın “tarixi səfəri”… – Baş nazir peşman olub

 

“Putinin Paşinyandan şəxsən cavab almaq istədiyi sualları var”

Məlum olduğu kimi uzun müddət “naz edəndən” sonra Ermənistan Baş naziri Nikol Paşinyan nəhayət, Rusiyanın patronajlığı altındakı Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclasına qatılıb. Belarus Prezidenti Aleksandr Lukaşenko isə artıq Paşinyanın Qərbə doğru reveranslarının “Ermənistanın ölümü” ilə bitə biləcəyinə dair xəbərdarlıqlar edib və hətta Əfqanıstanın aqibətini misal çəkib. Bütün bunların fonunda Paşinyanın səfəri və onun nəticələri maraqla izlənilir.

 Ermənistanın “Joxovurd” qəzeti Paşinyanın Sankt-Peterburqa getməsini Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması istiqamətində önəmli addım kimi təqdim edib və hətta bunu “tarixi səfər” adlandırıb.

Qəzetin bu mövzuyla bağlı yazısında deyilir: “Dünən məlum oldu ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqa işgüzar səfərə gedib. Nikol Paşinyan orada Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib və bu gün, dekabrın 26-da MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu uzun fasilədən sonra Paşinyanla Putin arasında əlaqə üçün əla fürsət hesab edib.

Mənbələrimizin sözlərinə görə, Rusiya hakimiyyəti Paşinyanın Rusiyaya səfərini xüsusi səbirsizliklə gözləyirdi, çünki onların Paşinyana çoxlu sualları var və Rusiya Prezidenti Paşinyandan şəxsən bu suallara cavab almaq istəyir.

Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti bu dəfə çox ciddidir və Paşinyandan növbəti yarımçıq və qeyri-müəyyən cavablar deyil, həddindən artıq gərgin vəziyyətdə olan Rusiya ilə Ermənistan arasındakı münasibətlərə dair aydın və konkret cavablar tələb edəcək.

O da diqqət çəkir ki, Ermənistan hakimiyyəti uzun müddət Rusiyanın vasitəçiliyi ilə təşkil edilən bütün görüşlərdən yayınıb. Lakin indi belə görünür ki, Paşinyan hakimiyyəti nəhayət Rusiya ilə münasibətləri pozmaq fikrinə görə peşman olub və onları bərpa etmək qərarına gəlib. Bu baxımdan Nikol Paşinyanın Rusiyaya səfərini tarixi adlandırmaq olar”./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password