Bir təqvim ilində beş və daha çox kubok qazanan klublar
Bir təqvim ilində beş və daha çox kubok qazanan klubların adları müəyyənləşib.
İndiyə qədər cəmi altı komanda bu uğura nail ola bilib.
Son olaraq 2023-cü ildə İngiltərənin “Mançester Siti” klubu muzeyinə beş kubok aparıb.
Bu baxımdan rekordçu İspaniya “Barselona”sıdır. Kataloniya təmsilçisi üç müxtəlif ildə minimum 5 titula sahib çıxıb. “Barsa” hətta 2009-cu ildə altı kubokla dünya futbol tarixində ilki reallaşdırıb. Sonradan, 2020-ci ildə Almaniya nəhəngi “Bavariya” da bu uğuru təkrarlayıb.
“Barselona” (İspaniya) – Üç dəfə
2009-cu il – La Liqa, İspaniya Kral Kuboku, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
2011-ci il – La Liqa, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
2015-ci il – La Liqa, İspaniya Kral Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
“Bavariya” (Almaniya) – İki dəfə
2013-cü il – Bundesliqa, Almaniya Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
2020-ci il – Bundesliqa, Almaniya Kuboku, Almaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
“Ayaks” (Niderland)
1995-ci il – Erediviziya, Niderland Superkuboku, UEFA Çempionlar Liqası, Qitələrarası Kubok, UEFA Superkuboku
“İnter” (İtaliya)
2010-cu il – A seriyası, İtaliya Kuboku, İtaliya Superkuboku, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı
“Real” (İspaniya)
2017-ci il – La Liqa, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı
“Mançester Siti” (İngiltərə)
2023-cü il – Premyer Liqa, İngiltərə Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı