Şok iddia: Ukrayna 4 ölkə arasında bölünəcək
Ukrayna gələn il Polşa, Macarıstan və Rumıniyanın geri almaq istəyəcəyi əhəmiyyətli ərazilərini itirə bilər.
Bunu MKİ-nin keçmiş əməkdaşı Larri Conson deyib.
“Tamamilə mümkündür ki, tarixi Rumıniya əraziləri Rumıniyaya, bəziləri Macarıstana, digər ərazilər isə Polşaya qayıdacaq. Bu, Ukrayna üçün pis xəbərdir”, – o bildirib.
O, əlavə edib ki, Odessa gələn il Rusiyaya verilə bilər.
Conson hesab edir ki, Ukraynanın parlaq gələcəyi yoxdur.