İsrail ordusu Qəzzada HƏMAS-a məxsus 1,5 mindən çox tunel aşkarladı

 

Qəzza zolağında quru əməliyyatı başlayandan İsrail Müdafiə Qüvvələri (ÇAXAL) “HƏMAS” hərəkatına məxsus 1,5 mindən çox tunel və yeraltı keçid aşkarlayıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, bu yeraltı tikililərin əksəriyyəti məktəblər, xəstəxanalar, məscidlər, BMT obyektləri və mülki qurumların altında aşkar edilib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

 

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password