Putinlə taxıl dəhlizini müzakirə edəcəyik – Ərdoğan
Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizini müzakirə edəcəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Taxıl dəhlizi mexanizmi daha ədalətli dünyaya doğru atılan müsbət addım idi. Biz taxıl dəhlizini yenidən işə salmalı, ehtiyacı olan Afrika ölkələrinin bundan öz payını almasını təmin etməliyik. Rusiya, Qətər və Türkiyə olaraq üçlü həmrəylik yaratdıq. Qətər bu dəhlizdən gələn taxılı maddi cəhətdən dəstəkləyəcək, biz isə fabriklərimizi işlətməklə onu una çevirərək, Afrika ölkələrinə göndərəcəkdik. Bu yaxınlarda Vladimir Putinlə görüşümüz olacaq və taxıl dəhlizinin işləməsi üçün əlimizdən gələni edəcəyik. İnşallah, ondan müsbət cavablar alaraq, yolumuza davam edəcəyik”, – Ərdoğan bildirib.