Azad edilmiş ərazilərdə seçki məntəqlərinin yaradılması prosesi başa çatıb

 

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqlərinin yaradılması prosesi başa çatıb.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ölkə üzrə bütün seçki məntəqələrində qanuna uyğun seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb. Ümuimilikdə fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə, Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yaradılması müddəti başa çatır.
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planına əsasən, qeyd edilən seçki məntəqələri səsvermə gününə ən azı 50 gün qalanadək, yəni 2023-cü il dekabrın 19-dək yaradılmalıdır.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password