Türkiyə Cənubi Qafqaza girib: ABŞ razıdır?

 

Vaşinqton Türkiyənin Cənubi Qafqazda fəallığına müsbət yanaşır, yoxsa bundan narahatdır? Məntiqlə Amerika Birləşmiş Ştatları NATO-dakı müttəfiqi Türkiyənin Cənubi Qaqfazda fəallaşmasından ən azı narahat olmamalıdır, çünki əks halda Vaşinqtonun bölgədəki əsas rəqibləri Rusiya və İranı durdurmaq çətin olacaq.

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, Vaşinqton-Ankara münasibətlərində son illərdə o qədər suallar yaranıb ki, ABŞ-ın birmənalı şəkildə Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsində maraqlı olduğunu söyləmək də çətindir:

“İki ölkə arasındakı sualların çoxluğuna ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Entoni Blinkenlə telefon danışığındakı mövzular da dəlalət edir. Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və Qəzzadakı ağır durum müzakirə olunub. Bu mövzularla bağlı yaxınlaşma meyilləri olsa da, iki ölkənin baxışlarında fərqliliklər ortadan qaldırılmayıb. Hər halda Vaşinqtonun siyasi dairələrində onu anlamamış deyillər ki, dəstək verdikləri Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi yoxdur. Fərqli alternativ bölgədə gərginliyin davamıdır ki, Ermənistanın yenə məğlub olacağını Vaşinqtonda proqnozlaşdırmamış deyillər. Bu isə Ermənistanda zorakı hakimiyyət dəyişikliyinə və Kremlin bu ölkədə mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq ki, bu da Amerikanın maraqlarına ziddir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password