UEFA Avropa Liqası: “Qarabağ” ilk dəfə pley-offa yüksəlib
Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.
Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. “Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
H qrupunun digər matçında “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini darmadağın edib – 5:1.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
14 dekabr
UEFA Avropa Liqası
21:45.”Qarabağ” (Azərbaycan) – “Hekken” (İsveç) – 2:1
Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4
Qırmızı vərəqə: Marko Veşoviç, 56 (“Qarabağ”)
Baş hakim: Yucin Caya (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
21:45.”Bayer” (Almaniya) – “Molde” (Norveç) – 5:1 (İkinci hissə)
Qol: Şik, 7, Tapsoba, 22, Ellinqsen, 26, Hlozek, 60, 70 – Kitalano, 76 (5:1)