Rusiyaya ərazi verməyi təklif etdilər – Ölkə liderindən sərt reaksiya
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya tərəfindən işğal olunmuş ərazilərindən imtina etməyi təklif edənlərə müraciət edib.
Təklifə sərt reaksiya verən ölkə lideri bunun mümkün olmadığını deyib.
“Sual təkcə sözlərimizdə və ya düşüncələrimizdə deyil. Sual budur ki, biz nəyə hazırıq, nəyə hazır deyilik? Ukrayna öz ərazilərindən necə imtina edə bilər? Bu, dəlilik olardı. Tez-tez Tanrını xatırlayın. Orada bizimkilər yaşayırlar, ailələrimiz orada yaşayır, orada uşaqlar yaşayırlar”, – Zelenski vurğulayıb.
Ukrayna prezidenti məsələnin təkcə torpaq olmadığını söyləyib:
“Söhbət canlı insanlardan gedir, onlar aşağılanır, təcavüzə məruz qalırlar, öldürülürlər. Məsələ təkcə torpaqla bağlı deyil, orada yaşayan insanlarla, onların taleləri və hekayələri ilə bağlıdır. Məsələ bu ailələr, onların övladları ilə əlaqəlidir. Uşaqları verək? Onlara bir sualım var: övladlarını terrorçuların əllərinə verməyə hazırdırlarmı? Məncə yox”.