“Əliyev təmiz qələbə qazanacaq, Zəngəzuru da…” – Kolerov

 

“Prezident İlham Əliyevin reytinqi hədsiz dərəcədə artıb, indi onu heç nə təhdid etmir”.

Bunu rusiyalı politoloq Modest Kolerov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycan liderinin həm daxili, həm də xarici mövqeyi olduqca güclənib.

Kolerov Əliyevin hədəflərindən birinin Zəngəzur dəhlizi və ya Azərbaycanla Türkiyə arasında maneəsiz əlaqəni bərpa etmək olduğunu söyləyib:

“Bakıda dəfələrlə gündəmə gətirilən və onlar üçün lazım olan Zəngəzur dəhlizi onların daxili məsələsidir, amma formal mənada. Aydındır ki, həmin dəhlizə nəzarət təkcə Naxçıvanla birbaşa quru əlaqə yaratmaq deyil, həm də bununla iki məsələni həll etmək məqsədi daşıyır. Birincisi, Naxçıvan üzərində 100 faizlik nəzarəti təmin etməkdir, indi Azərbaycan bunu Türkiyə ilə bölüşməlidir, bu da Naxçıvanın coğrafi baxımdan uzaq olması ilə bağlıdır. İkincisi, dəhliz açıldıqda Heydər Əliyev ideyasına, Türkiyə ilə Azərbaycanın hansısa formatda birləşməsi ideyasına qayıtmaq üçün heç bir maneə olmayacaq”.

Rusiyalı hesab edir ki, Azərbaycan lideri fevralın 7-də keçiriləcək prezident seçkisində təmiz qələbə qazanacaq:

 

“Azərbaycan müxalifətinin seçkilərlə bağlı səsləndirdiyi fikirlərə o qədər də ciddi yanaşmıram, onlar seçkilərin saxtalaşdırılacağını deyirlər. Əliyev artıq qalib gəlibsə, niyə saxtalaşdırılmalıdır? İnsanlar onu seçməkdən məmnun olacaqlar”.

Kolerov iddia edir ki, Azərbaycan irəlidə Zəngəzuru geri qaytaracaq:

“Hədəflərində İrəvan da var, amma Zəngəzuru alacaqlar. Delimitasiya və demarkasiya ilə bağlı danışıqlara fikir vermək lazım deyil, bu, şərti məsələdir. Sünik və ya Zəngəzurdan keçən nəqliyyat dəhlizi mütləq sərhəd nöqtələri ilə qeyd olunmur.

Zəngəzuru saxlaya bilməyəcəklər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password