Netanyahu HƏMAS-ın “sonunun başlanğıcı”nı elan edib – VİDEO
İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatının “sonun başlanğıcını” elan edib.
Onun sözləri İsrail hökuməti başçısının rəsmi “Telegram “kanallarından birində sitat gətirilib.
Baş nazirin sözlərinə görə, son günlər HƏMAS-ın onlarla döyüşçüsü İsrail Müdafiə Ordusuna (SAXAL) təslim olub. O, HƏMAS yaraqlılarının silahlarını yerə qoyduğunu və İsrail hərbçilərinə təslim olduğunu bildirib.
Netanyahu qeyd edib ki, bu proses bir qədər vaxt aparacaq, müharibə tam sürətlə davam edir, lakin bu, HƏMAS üçün “sonun başlanğıcıdır”.
O, həmçinin hərəkatın döyüşçülərini təslim olmağa çağırıb.