Prezidentdən Azərbaycanın nüfuzunu ləkələməyə çalışanlara tutarlı cavab: Bakı COP29-a ev sahibliyi edəcək

 

Bugün Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən edib. konfransın Azərbaycanda keçirilməsini təklif etmişdir. Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdü, lakin bildiyimiz kimi Ermənistan sonradan Azərbaycanla birgə yaydığı məlumatda namizədliyini geri çəkdiyini açıqladı.

COP nədir?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. 1995-ci ildən keçirilməsinə başlanılan konfrans ilk dəfə olaraq Berlində keçirilib, xəbər verdiyimiz kimi sonuncu konfrans isə Dubayda baş tutdu. Miqyasına görə COP BMT-nin ən geniş miqyaslı tədbiridir, sonuncu konfransda 120-dən çox ölkəni əhatə edən 100 minə yaxın nümayəndə iştirak etdi. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak etdi. Ölkə başçısının tədbirdə iştirakı böyük maraqla qarşılandı.

Azərbaycanın dünyada artan nüfuzu

2020-ci ildən sonra ölkəmizin dünya siyasətində ciddi aktora çevrildiyi hər kəsə məlumdur. Bu gün Azərbaycan dünyada söz sahibi ölkələrdən biri kimi çıxış edir. Bunun səciyyələndirən amillər isə sözsüz ki, dövlətimizin iqtisadi siyasi gücüdür. Vətən müharibəsindəki qələbə və dövlətimizin dünyaya sərgilədiyi nümunəvi model qabaqcıl ölkələr tərəfindən təqdir olunur. Eyni zamanda, Bakı, Şuşa və digər şəhərlərimiz beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Azərbaycan genişmiqyaslı tədbirlərə ev sahibliyi etməkdə ciddi təcrübə toplayıb və uğulu model ortaya qoymağı bacarıb. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Respublikası Prezidentinin növbəti təntənəli qələbəsidir.Qoşulmama hərəkatına sədrlik, BMT Təhlükəsizlik Şurasına üvzlük və artıq COP kimi genişmiqyaslı beynəlxalq tədbirə ev sahibliyi Azərbaycanın xarici siyasətdə qazandığı ciddi uğurlardandır.

Hələ nəzərə alsaq ki, Azərbaycan bu uğurları özünə qarşı çirkin kampaniyalayarın aparıldığı bir vaxtda qazanır. Bununla da Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq istəyənlərə ən tutarlı cavabı verdi. COP kimi beynəlxalq tədbirə ev sahibliyini üstlənmək həmin dairələrin bütün planların alt-üst etmək oldu.

Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfələri

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuşdur. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35% azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilmişdir ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40% azaldılmasından ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Bu gün Azərbaycan və onun dövlət başçısı dünya düzənini formalaşdırılmasında birbaşa iştirak edir və bu iştirak bütün sahələri əhatə edir. Azərbaycan dünyada ədalətsizliyə qarşı mübarizə aparır, yoxsul ölkələrə, millətlərə dəstək göstərir, bütün dünyanı bu prosesə cəlb etmək üçün çalışır və buna nail olur, qlobal iqlim dəyişiklikləri istiqamətində əməli addımlar atır. Azərbaycan artıq təkcə Qafqazın qabaqcıl dövləti yox, eyni zamanda dünyanın düzəninə yön verən beyin mərkəzlərindən birinə çevrilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password