Paşinyandan QARABAĞ ETİRAFI: “2016-cı ildə bu proses qaçılmaz oldu”

 

“”Dağlıq Qarabağ”ın (red: keçmiş qondarma rejim) ləğvi qaçılmazdır və İrəvan bütün resurslarını “Dağlıq Qarabağ” respublikasının yaradılmasına sərf edir, bu isə mümkün deyil.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Deyirlər ki, “Dağlıq Qarabağ”ın indiki “hakimiyyəti” o vaxt (2023-cü ilin payızında ləğv edilib) “Dağlıq Qarabağı” ləğv edib. Amma əslində 2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklər nəticəsində bu proses qaçılmaz oldu”, – deyə Ermənistanın baş naziri etiraf edib.

Siyasətçinin sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti Qarabağ probleminin emosional qavranılmasının daşıyıcısı olaraq qalır və Ermənistan vətəndaşlarının 90 faizindən çoxu bu fikri bölüşür.

“Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, çünki informasiya daşıyıcısına çevrildik və emosional qavrayışla reallıq arasında böyük uçurum olduğunu gördük. Yəni emosional fikirlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik. Biz isə hakimiyyətə gələrək bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil”, – deyə siyasətçi bildirib.

Onun fikrincə, indiki hakimiyyətin günahı ondadır ki, onlar bu haqda xalqla danışmayıblar, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib:

“Belə bir söhbətə başlamağın emosional qeyri-mümkünlüyü ondan ibarət idi ki, bu, Ermənistan Respublikasına və onun xalqına 30 il ərzində sadəcə olaraq vaxt itirdiyimizi, ilk növbədə həll edilməyən problemə vaxt və resurslar sərf etdiyimizi söyləmək demək olardı.”.

Xatırladaq ki, müzəffər Azərbaycan ordusunun sentyabrın 27-də başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində, qondarma rejimin dırnaqarası rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən tanınmayan qurumun mövcudluğuna son qoyan fərman imzalayıb./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password