ABŞ Ukraynanı tək qoydu… – Danışıqlar başlayır

 

Rusiya hərbi-sənaye kompleksinin imkanları Vaşinqton və Kiyevi danışıqlara məcbur edəcək.

Bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis deyib.

“Ukrayna Silahlı Qüvvələrinin sonuncu hücumu uğursuz oldu. Digəri isə şübhəsiz ki, uğurlu olmayacaq. Çünki Rusiya ordusu əvvəlkindən daha güclü olub. Rusların daha çox istehsal etmək üçün sənaye imkanları var. Ukrayna və ABŞ danışıqlar yolu ilə hansısa nizamlanmaya nail olmalıdır. Ukraynaya nə qədər maddi yardım edilsə də, bu, Kiyevə kömək etməyəcək. Müharibəni bitirmək üçün fərqli bir şey etməliyik. Biz Ukraynaya ancaq müdafiə üçün silah veririk. Biz Ukraynaya 2024-cü ildə hücuma başlamaq üçün işlək heç nə verməyəcəyik. O zaman Ukrayna Rusiya ilə danışıqlara getməyə məcbur olacaq. Düşünürəm ki, sizə lazım olan qədər dəstək verəcəyik cümləsini dərhal lüğətdən çıxarmalıyıq”, – Davis bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password