Putinin dublyorları var? – Kreml rəhbəri haqqında yeni araşdırma

 

“Proyekt” nəşri Rusiya Prezidenti Vladimir Putinin son bir ildəki fəaliyyətini təhlil edib.

Araşdırmada Putin niyə bəzi ictimai tədbirlər zamanı həmsöhbətlərindən xeyli məsafəsaxlamasına dqqət yetirilib.

Jurnalistlərin hesablamalarına görə, 2022-ci il noyabrın 1-dən 2023-cü il oktyabrın 31-dək Putin 521 rəsmi tədbirdə iştirak edib. Məqalədə qeyd edildiyi kimi, görüşlərin 43%-də (ümumi görüşlərin 224-də) prezidentin həmsöhbətlərindən bir növ məsafə saxlaması (yaxud videobağlantı vasitəsilə danışması və ya auditoriyadan ən azı bir neçə metr aralıda olması) açıq-aydın görünür.

185 halda (ümumi sayının 36%-i) Putin görüş iştirakçılarından uzaqlaşmayıb, lakin prezidentlə görüşdən əvvəl onlar ya Soçidə Rusiya və Daqomıs sanatoriyalarında, ya da Moskvanın Kosıgina küçəsindəki dövlət daçaları kompleksində karantində olublar. Bu payız prezidentlə görüşdən əvvəl karantin müddəti 14 gündən beş günə endirilib. Dövlət başçısını daim müşayiət edən insanlar “təmiz zona” deyilən yerdə, yəni yalnız karantində olan insanların yaşayıb işlədiyi pansionatda vaxt keçirirlər.

“Proyekt”in hesablamalarına görə, 21% hallarda və ya 112 epizodda Putinkarantində olmayan insanlarla yaxın təmasda olub. Söhbət xarici səfərlər zamanı liderlərlə görüşlərdən, həmçinin “Vaqner” PMC-nin üsyan cəhdindən sonra Putinin küçələrdə insanlarla kortəbii ünsiyyəti hallarından gedir.

Ümumilikdə, araşdırmada bu qənaətə gəlinir ki, Putin ictimaiyyət qarşısına yalnız istədiyi zaman çıxır.

Nəşr Putinin dublyorlarının olması ilə bağlı şayiələrdən də bəhs edir. Araşdırmaçıların fikrincə, bu, şübhəli məsələdir. Hətta Kreml “hovuzunun” bəzi jurnalistləri də dublların mövcudluğunu etiraf edir, bəziləri isə bunu inkar edir.

Materialda həmçinin qeyd olunur ki, Putinin iştirakı ilə keçirilən ictimai tədbirlərin sayı ümumiyyətlə azdır, prezident bəzən bir neçə gün ardıcıl olaraq ictimaiyyət qarşısına çıxmır.

Araşdırmada prezidenti daim müşayiət edən təhlükəsizlik əməkdaşlarının kimliyi də qeyd olunur. Onların arasında ən azı 2020-ci ilə qədər Putin üçün nüvə çamadanını daşıyan dənizçilər, birinci dərəcəli kapitanlar Dmitri Şumeyko və Vladimir Poleşçuk daimi yer alıb. Həmkarları onları telefon kitabçalarına “Dima-knopka” və “Knopka” kimi qeyd edirlər. Putinin daha bir neçə mühafizəçisinin və səfərlərində onu müşayiət edən həkimlərin adları da açıqlanıb./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password