Məhbus mübadiləsi, Bakı-İrəvan xəttində birgə siqnal, gözlənilən proseslər

 

Azərbaycan və Ermənistanın həbs olunmuş hərbçilərin mübadiləsi üzrə razılaşması gələcək sülh müqaviləsinin humanitar aspektlərini əhatə edən mühüm bir addımdır.

Azərbaycanla Ermənistanın ümumilikdə 34 hərbçinin (ikisi Ermənistanda, 32-si isə Azərbaycanda həbsxanalarda idi) dəyişdirilməsi üçün razılaşması iki ölkə arasındakı sülh nizamlanmasının intensivliyini qeyd edir.

Məhbus mübadiləsi çərçivəsində razılıq barədə Azərbaycan Prezidenti Administrasiyası ilə Ermənistan baş nazirinin Aparatı birgə məlumat yayaraq etimadı möhkəmləndirəcək çağırışlar ediblər. Bu, vasitəçilərsiz ikitərəfli razılıq kimi başa düşülür.

Lakin ehtimal etmək çətin deyil ki, Bakı-İrəvan razılaşmasının pərdəarxasındakı dolayı vasitəçisi ABŞ-dir. Çünki ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Azərbaycana səfərindən sonra Bakı-İrəvan birgə bəyanatı elan edildi.

Deməli, humanitar məsələlər çərçivəsi Azərbaycan-Ermənistan sülh gündəliyində Avropa İttifaqının və ABŞ-nin öz yanaşmasını yenidən düşünməyə vadar etməlidir.

Sülh prosesində irəliləyişə təkan verməyə yönəlmiş kompleks tədbirlərin içərisində təhlükəsizliyin təmin edilməsi ən vacib məsələ kimi önə çəkilir.

Bu nöqtədə Rusiya və Qərb arasındakı geosiyasi ziddiyyətlər burulğanı sülh müqaviləsinin imzalanması üçün ləngimələr yaradır.

Qərb Azərbaycan-Ermənistan proqramını Rusiyaya qarşı təzyiq aparatı kimi istiqamətləndirməyə çalışır.

Rusiya isə Qərbi Cənubi Qafqazda məhdudlaşdırıcı siyasətlə üz-üzə qoyub, ona Bakı-İrəvan gündəliyindən minimum texniki pay verməkdə maraqlıdır.

Amma Azərbaycanın Ermənistana vasitəçisiz sülhün təmin edilməsi üçün təzyiqləri kənar qüvvələrin regional gündəlikdən müvəqqəti əliboş ayrılmasına gətirib çıxarır. Hər halda, Bakı ilə İrəvanın birgə bəyanat yayması bu fikri gücləndirir.

Lakin konseptual yanaşmada Qərblə Rusiyanın köklü siyasətləri nəzərə alınmalıdır, bu baxımdan, Moskva ilə Vaşinqtonun sülh proqramında konkret irəliləyiş perspektivi üçün bir-birini qabaqlamağa çalışacağı şübhəsizdir.

İkitərəfli əlaqələrin dinamikasındakı etimad quruculuğuna gəlincə, burada Azərbaycan və Ermənistanın mövqelərini başqa məsələlər üzrə hansı dərəcədə yaxınlaşdıracaqları açar rola malikdir.

Gözləntilərin bu istiqamətdə yuxarı indeksdə təqdim edilməsi bir az tezdir, çünki sülhün yaradılması üçün geniş diapazondakı bütün qara lövhələr ağardılmalıdır.

Görünən budur ki, Azərbaycan Ermənistanı sülhə inandırmaq üçün daha yaxşı ikitərəfli koordinasiyalar axtarmağa davam edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password