Azərbaycanda növbədənkənar prezident seçkiləri: Qəfil qərarın pərdəarxası
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərin fevral ayının 7-də keçirlməsi nəzərdə tutulur. Bu barədə ölkə başçısı sərəncam imzalayıb. Sərəncamla seçkilərin Mərkəzi Seçki Komissiyasına Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Bu gün seçkilərlə bağlı elan edilən qərar ikinci zəlzələ effekti yaratdı. Hər kəsin ağlına gələn ilk sual niyə ölkədə növbədənkənar prezident seçkiləri keçirilməsidir. Növbədənkənar seçkilərlə bağlı müxtəlif versiyalar səslənsə də bunu qeyri-adi qərar kimi dəyərləndirmək doğru deyil. Bəziləri bu seçkiləri hakimiyyət-müxalifət münasibətlərində iqtidarın özünü güclü göstərmək istəyi kimi təqdim etsələr də, vəziyyət tam başqadır.
Bu seçkilər ik növbədə Azərbaycan hakimiyyətinin Azərbyacan xalqı tərəfindən alınan sosial siyasi çağırışını və öhdəliyini yerinə yetirmək istəyidir. Belə ki, Azərbaycan üçün ilk növbədə maraqlı olan məsələ vətəndaşların maraqları və onların mənafeyidir. Azərbaycanın ən böyük siyasəti vətəndaşların maraqlarının və çağırışlarının təminatıdır. Bu seçkilərin də qayəsi budur.
Bundan əlavə dünyada və qonşu ölkələrdə baş verən proseslər, növbədənkənar seçkilər mövcud qərarın qəbulunu vacib etdi. Məsələn, 12 mart 2022-ci ildə Türkmənistanda, 2022-ci ilin payızında Qazaxıstanda, 2023-cü il iyulunda isə Özbəkistanda növbədənkənar prezident seçkiləri təşkil edilib. Bu mənada rəsmi Bakının da analoji addımı atmasında qeyri-adilik yoxdur.
Məlum olduğu kimi, 44 günlük müharibə və ondan sonrakı proseslərin nəticəsi olaraq regionda yeni reallıqlar yaranıb. Artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bu problem ölkə başçısının rəhbərliyi altında həll edildi. İlham Əliyev 2018-ci ildə Prezident seçildikdən sonra xalqımızın qarşısında duran ən mühüm problem – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Prezident seçildikdən cəmi iki il sonra – 2020- ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarxi qələbəsi ilə başa çatdı, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.
Qeyd edim ki, bu seçkilərin keçirilməsi ilə Azərbaycan tarixində bir ilk yaşanacaq. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu da seçkilərin ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olduğunu deməyə əsas verir. Eləcə də, bu, Azərbaycanın sülh şəraitində yaşam və dinc inkişaf üçün yeni şərtlər müəyyən etdiyinin və bu mənada regionun diktə edən dövləti funksiyasını yerinə yetirməsinin göstəricisidir.