Məcburi köçkünlərin öz yurdlarına qayıtmasına ən böyük maneə minalardır
Bu gün Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.
BunuMinalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, beynəlxalq konvensiyalara görə mina qurbanının ailə üzvləri və yaşadıqları icmalar da zərərəçəkən sayılır.
“Məcburi köçkünlərin öz yurdlarına qayıtmasına ən böyük əngəl mina təhlükəsidir.
Azərbaycan mina problemlərinin səviyyəsinə görə dünyada ilk onluqda, Avropada isə ilk üçlükdədir. Beynəlxalq təşkilatlardan da yardımlar edilir. Lakin mina probleminin miqyası o qədər böyükdür ki, edilən yardımlar çox kiçik görünür. Bu gün ölkəmizdə aparılan humanitar minatəmizləmə əməliyyatlarının 95%-i dövlət büdcəsi hesabına aparılır. Beynəlxalq birlik ölkəmizdəki mina problemləri ilə bağlı tam etinasız olmasa da, bizim istədiyimiz səviyyədə deyil”, – deyə o, əlavə edib
H. Səfixanov qeyd edib ki, aparIlan işlər nəticəsində ötən ay Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Ermənistanı mina istehsal edən ölkə kimi qeydə alıb.
“Bu, beynəlxalq təşkilatın hazırladığı “Landmine Monitor Report 2023″ layihəsində əksini tapıb”, – deyə o, bildirib.