Tiflis yenə Fransa hərbi texnikasını İrəvana buraxacaq?

 

Fransa Ermənistana yenidən hərbi texnika göndərməyi planlaşdırır. Ötən dəfə “Bastion” tipli 24 zirehli texnika Ermənistana çatdırılmışdı. Bu dəfə həm bu tip zirehli texnika, həm də radarlar və zenit-raket kompleksləri Ermənistana çatdırılacaq. Görəsən Tiflis bu dəfə də həmin hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaq?

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, gürcü rəsmilər bununla bağlı açıqlamalarında beynəlxalq hüquqa zidd addım atmadıqlarına işarə ediblər:

“Ancaq ortada Azərbaycanla strateji tərəfdaşlıq var. Gürcüstanda bilməlidirlər ki, Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq. Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tiflisin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçim imkanı da var. Gürcüstanı enerji və kreditlərlə təmin edən Azərbaycandır. Gürcüstan müdafiə naziri bugünlərdə Bakıda idi, azərbaycanlı və türkiyəli həmkarlarıyla üçtərəfli müzakirələr apardı. Yəqin bu görüş və müzakirələrdə gürcü nazirə mövcud reallıqlar izah edilib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password