İrəvanda “artsax parlamentinin iclası”: “qayıdış” planı…

 

İrəvanda “artsax parlamentinin iclası” baş tutub. Tədbir gizli şəkildə keçirilib. Bu barədə “rəsmi” məlumat yoxdur. Bütün “deputatlar” iştirak edib, “parlamentə” 2 yeni “deputat” qəbul olunub.

Bu barədə rusiyalı publisist Sergey Karnauxov öz Teleqram kanalında məlumat yayıb.

“İclas zamanı “artsaxdan olan qaçqınların” beynəlxalq platformalar vasitəsilə evlərinə qayıtmasına nail olmaq üçün “işçi qrupu” yaradılıb. İrəvan hökumətinin bütün nümayəndələrinin bunun qəti şəkildə əleyhinə olduğunu və “artsaxda hakimiyyət institutlarının” saxlanmasının Ermənistanın milli təhlükəsizliyinə təhdid olduğunu bəyan etdiyini vurğulamaq da vacibdir. “Artsax”ın özü üçün “qaçqınların” qayıtması bir çox problemləri həll edə bilər. Xüsusilə, Azərbaycan yerli əhalinin təhlükəsizliyini, onların yeni şəraitdə mədəni və dini inteqrasiya imkanlarını təmin etmək üçün tədbirlər görməli olacaq. Eyni zamanda, Bakı iki xalqın dinc yanaşı yaşaması üçün proqramları düşünməli və həyata keçirməli olacaq”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password