Bakıda SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilir

 

Bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilir.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbirdə 5-25 yaşına kimi gənclər toplaşıblar:

“Onlar Azərbaycanın gələcəyi üçün yığışıblar. 2025-ci ildə yeni təhsil standartlarında STEAM milli kirukulum hissəsinə çevriləcək. Yeni standartlarda 3D robototexnika texnologiya fənninin məzmununa daxil olacaq. Bu həm dərslikdə, həm tədrisdə öz əksini tapacaq”.

Qeyd edək ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2023 “Robokids”, “Engineers of Future” – “Gələcəyin mühəndisləri”, “First LEGO League Explore”, “VidX”, “First LEGO League Challenge”, “VEX Robotix Competition” – “VEX Robototexnika müsabiqəsi”, “Innovativ Exhibition” – “İnnovativ sərgi”, “Deep Dive”, “Sualtı dronlar/gəmi”, “Hackathon”, “VEX IQ Competition” – “VEX IQ Yarışı”, “Mechatronics” – “Mexatronika”, “Wings and Wheels” – “Qanadlar və təkərlər”, “FlyTech”, “Boat Racing” – “Gəmi yarışı”, “H2 Grand Prix PRO” adlı ümumilikdə 12 yarış, 15 yaş kateqoriyası üzrə, həmçinin bir kateqoriya üzrə innovativ layihələr sərgisi formatında keçiriləcək.

Festivalın final mərhələsində 11 ölkə təmsil olunacaq. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışacaq. SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edir.

Qeyd edək ki, SAF 2023 Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir. Tədbir 4-8 dekabr tarixlərinə kimi davam edəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password