Bakıda,100 saylı orta məktəbdə “Qarabağ Azərbaycandır! Yolumuz Qərbi Azərbaycandır!” adlı tədbir keçirilib

 

Bu günlərdə Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki 100 saylı tam orta məktəbdə olduqca maraqlı “Qarabağ Azərbaycandır! Yolumuz Qərbi Azərbaycandır!” adlı tədbir keçirilib. Tədbirdə məktəbin kollektivi ilə birlikdə müxtəlif qeyri hökümət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də iştirak edib. Zalda bir tərəfdə Vəsilə xanım Əkbərovanın təşkil etdiyi “İrəvan mətbəxi” stolu, digər tərəfdə İradə xanım Rizazadənin gətirdiyi İrəvana aid foto şəkillər, şagirdlərin Qarabağın azad edilmiş rayonları haqqında hazırladıqları stend və səhnədə ötən əsrdə insanların istifadə etdikləri qədim əşyalar nümayiş olunub.

Tədbir Azərbaycan Respublikasının himni ilə başlayıb. Bütöv zal ürəkdən himnimizi oxuduqdan sonra isə məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya göstərilib. Səhnədə milli geyimdə olan insanların dinc həyatı, onların gündəlik təsərrüfat işləri ilə məşğul olmaları, uşaqların dərs oxumaları maraqla izlənilib. Yağı düşmən tərəfindən dinc sakinlərin öldürülməsi səhnəsi xüsusilə maraqla qarşılanıb. Səhnədə yerdə öldürülmüş günahsız dinc sakinlər göstərilir. Zalda hamının gözləri yaşarmışdı.

Sonra isə şagirdlər növbə ilə əllərində 44 günlük və sonradan azad edilmiş şəhər və rayonlarımızın Cəbrayıl, Zəngilan, Fizuli, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xankəndi adları yazılmış plakatlarda bu yerlər haqqında qısa statistik məlumat verdilər. Hərbi geyimdə olan şagird isə yüksək səslə hərbi qaydada Ali Baş Komandana bu şəhərlərin və rayonların erməni işğalçılarından azad edilməsi haqqında raport verdi. Olduqca qürurverici bir səhnə idi. Səhndə balaca rəqqasın rəqsi, milli geyimdə olan şagirdlərin mahnı və şer ifaları hamımız tərəfindən alqışlarla qarşılandı. Əlində “Qərbi Azərbaycan” plakatı tutmuş məktəblilər Qərbi Azərbaycan haqqında, onun tarixi, coğrafiyası, oradan vəhşicəsinə qovularaq deportasiya edilən soydaşlarımız haqqında məlumat verdilər.

Sonda əslən İrəvan şəhərindən olan İradə xanım Rizazadə və Əli Vəliyev çıxış edərək bu tədbirin gənclərin tərbiyəsindəki əhəmiyyətindən, tariximizin unudulmamasından, düşmənlərə bilik və bacarıqları ilə cavab vermələrindən danışdılar. Onlar üçrəngli bayrağımızın tezliklə İrəvanda, Təbrizdə, Borçalıda, Dərbənddə dalğalanacağına inandıqlarını bildirdilər. İradə xanım müəllifi olduğu “İrəvan” foto albomunu məktəbin direktoru Gülnarə müəlliməyə təqdim etdi. Tədbirdən xatirə şəkilləri çəkdirildi. Qonaqlar, müəllimlər və şagirdlər İrəvan mətbəxinin şirniyyatı ilə çay içdilər. Hamılıqla unudlmaz tarixi bir gün yaşadıq və bizə bu günü yaşadanlara dərin minnətdarlığımızı bildiririk.

Əli Vəliyev

Məqaləyə dair fotomateriallar:

   

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password