Sülh müqaviləsinin bir addımlığında – Ləngidən səbəblər

 

ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Skopye şəhərindəki iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla danışıqlara və Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır. Onun iddiasına görə guya Azərbaycan beynəlxalq vasitəçilərin səylərini təhlükə altına alır və regionda sabitliyin yaradılmasına mane olur. Halbuki, Ermənistanı sərhədlərin delimitasiyası prosesinə cəlb edən məhz Azərbaycanın təkidi olub. Bundan əlavə, osial şəbəkələrdə Ermənistanın səngərlər qazaraq yeni müharibəyə hazırlaşdığını göstərən kadrlar yayılıb. Azərbaycana qarşı artan ittihamlardan, sosial şəbəkələrdə yayılan görüntülərdən, Fransanın Ermənistanı silahlandırmasından belə nəticəyə gəlmək olar ki, qarşı tərəf sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışırlar.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın dediyinə görə 2 həftə ərzində sülh əldə oluna bilər. Simonyan bu açıqlaması ilə eyham vurur ki, əgər Azərbaycan şərtləri qəbul etsə və yaxud Ermənistanın gündəliyi ilə razılaşsa, sülh müqaviləsini imzalamaq mümkün olacaq. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Lakin, Ermənistan sülh müqaviləsinin bağlanması üçün Azərbaycanı günahlandırmaqdan çəkinməli və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.

Bəs sülh müqaviləsi harada imzalana bilər?

Qərb Vaşinqton, Brüssel formatını istəyir, Rusiya isə Moskva-Soçi formatını təklif edir. Sülh müqaviləsi böyük siyasi sənəddir, ona görə də, bunun razılaşdırılmasında vasitəçi səyi tələb oluna bilər. Hazırda Moskva, Brüssel və Vaşinqton arasında geosiyasi savaş gedir. Hər kəs istəyir ki, sülh müqaviləsi onun “meydanında” imzalansın. Məqsəd də bəlli məsələdir: öz strateji maraqları…

Qərbə meyillənən Ermənistan Rusiyanın vasitəçiliyini istəmir. Bu baxımdan, sülh müqaviləsinin Moskvada imzalanma ehtimalı sıfıra bərabərdir. Son zamanlar ABŞ-nin erməni lobbisinin təsiri altında Azərbaycana qarşı yanlış mövqe sərgiləməsi səbəbindən Vaşinqton variantına da ehtimal zəifdir. Belə olan halda bu gün münasibətlərin normalllaşdırılması üçün heç bir vasitəçiyə ehtiyac olmadığı görünür./milli.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password