Putin milyonluq ordu qurur – Qərarda diqqətçəkən Türkiyə detalı

 

Rusiya Silahlı Qüvvələrinin maksimum gücü 170 min hərbçi artırılaraq, 1 milyon 320 min nəfərə çatdırılacaq.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ordunun sayının artırılması Prezident Vladimir Putinin noyabrın 29-da imzaladığı sərəncamla nəzərdə tutulub. Rusiyada hərbi qulluqçuların sayı müqavilə əsasında xidmət etmək istəyən vətəndaşlar hesabına mərhələli şəkildə artırılacaq.

“Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulmur. Səfərbərlik üçün heç bir müddəa yoxdur”, – MN vurğulayıb.

Rusiya Silahlı Qüvvələrinin sayının artırılması Ukraynada davam edən “xüsusi əməliyyat” və NATO-nun davamlı genişlənməsi ilə bağlı ölkəyə təhlükələrin artması ilə izah olunub.

Nazirlik vurğulayıb ki, NATO Rusiya və İttifaq Dövləti (Belarus) sərhədləri yaxınlığında qüvvələrini artırmağa davam edir, əlavə hava hücumundan müdafiə sistemləri və zərbə silahları yerləşdirilir, bundan əlavə, alyans taktiki nüvə qüvvələrinin potensialını artırır.

“Birləşmiş Ştatlar 2025-ci ilin sonuna kimi Avropa və Türkiyədə yerləşdirilmiş 200 köhnəlmiş nüvə bombasını yeni yüksək dəqiqlikli versiya ilə əvəz etmək niyyətindədir”, – Rusiya Müdafiə Nazirliyi bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password