Fələstinlilər üçün qurulacaq dövlət… – Blinken
ABŞ Qəzza zolağındakı münaqişənin bölgəyə yayılmasının qarşısını almağa çalışacaq.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken BƏƏ-də jurnalistlərə açıqlamasında deyib.
“Biz açıq şəkildə bildirdik ki, 7 oktyabrda baş verənlərin bir daha təkrarlanmaması üçün İsraili dəstəkləyəcəyik. Eyni zamanda, biz bu səyləri həyata keçirərkən mülki əhalinin qorunmasına və humanitar yardımın bölgəyə çatmasını təmin etməyə önəm verdiyimizi də açıq şəkildə ifadə etmişik”, – Blinken bildirib.
Dövlət katibi Qəzza zolağında baş verən gərginliklə yanaşı, irəliləyən günlərdə baş verəcək prosesləri diqqətdə saxladıqlarını və bu məsələləri ərəb həmkarları ilə birgə müzakirə etdiyi də açıqlayıb:
“Qəzzada baş verənlər haqqında nə düşünürük? Bu necə idarə olunur? Təhlükəsizlik haradan qaynaqlanır? Yenidən qurmağa,yaratmağa necə başlayacağıq? Və daha da əhəmiyyətlisi, ədalətli və davamlı sülh yoluna necə çıxa bilərik? Biz hamımızı düşünürük. Bu suallar fələstinlilər üçün qurulacaq bir dövlətlə nəticələnməlidir”.