Bakının tələb etdiyi ərazilər qaytarılır – Xəbər Ermənistandan gəldi

 

Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının son iclasında bir sıra təşkilati-prosessual məsələlər həllini tapıb, eləcə də komissiyalar arasında birgə işin və iclasların keçirilməsi üçün əsasnamənin mətni razılaşdırılıb.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr ümumilikdə Qazaxda keçirilən son iclasda tərəflər arasında texniki xarakterli məsələlərin müzakirə edildiyini və razılaşmaların əldə olunduğunu bildirir.

“Hraparak” iki ölkə arasındakı anklav müzakirələrinə də diqqət çəkib:

“Son vaxtlar anklavlarla bağlı ikitərəfli aktiv bəyanatlar səsləndirilir, bu da onların geri qaytarılması ilə bağlı razılığın olduğunu göstərir. Xatırladaq ki, bir neçə həftə əvvəl Ermənistan hakimiyyəti Paşinyanın ağzından Azərbaycanın 8 kəndi, o cümlədən Kərki kəndini qaytarmaq tələbi ilə razılaşdı.

Ötən həftə vətəndaşların suallarını onlayn cavablandıran Nikol Paşinyan bildirmişdi ki, Ermənistanın 29.8 min kvadratkilometr olduğunu deyəndə, bura sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil. Əvəzində Paşinyanın fikrincə, 29.8 min kvadratkilometr əraziyə Artsvaşen (Başkənd) daxildir. Onun sözlərinə görə, məsələnin həlli üçün bir neçə variant var.

Bir neçə gün sonra parlamentin sədri Alen Simonyan bəyan etdi ki, İrəvan Artsvaşen kəndini almaq müqabilində sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa hazırdır”.

Nəşr iddia edir ki, Ermənistan hakimiyyəti Naxçıvan və Qazaxın kəndlərini Azərbaycana qaytarmağa razılaşıb, amma bunun daxildə etirazlara səbəb olacağını bildiyi üçün işi ehtiyatla görür:

“İndi qalır əhalini bu qərara qarşı etiraz etməməyə inandırmaq. Yəni artıq təhvil vermək fikri ilə barışıblar, xalqı barışdırmaq qalır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password