Bakıdan haqlı tələb, Vaşinqtondan geri addım

 

Vaşinqtonla Bakı arasındakı münasibətlərdə yaşanan gərginlik ABŞ-nin geri addım atması ilə yerini nisbi sakitliyə verib. Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi proseslərin mənfi istiqamətdə inkişafını səngidib.

Qeyd edək ki, bir müddət əvvəl Konqresdə ölkəmizə qarşı bir sıra qərarların qəbulu, yüksəksəviyyəli rəsmilərin səfərinə tətbiq edilən məhdudiyyət, Azərbaycanı sanksiyalarla hədələmək cəhdləri haqlı olaraq rəsmi Bakının ciddi etirazı ilə qarşılanmışdı. Bu addımların qarşılıqlı olacağına dair Vaşinqtona ciddi xəbərdarlıq edilmişdi. Məlum telefon danışığında ən mühüm məqam ABŞ-nin öz səhvini anlaması və Bakının haqlı tələbləri ilə razılaşması idi. Belə ki, dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-yə səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bu həmin Ceyms O’Brayndır ki…

Bu həmin Ceyms O’Brayndır ki, Konqresdə ölkəmiz əleyhinə bəyanatlar səsləndirmiş, Bakını sanksiyalarla hədələmişdi. Əslində, Vaşinqtonun onu şəxsən Bakıya göndərməsi diplomatik səviyyədə buraxılan səhvləri sığortalamağa cəhd kimi qiymətləndirilə bilər. ABŞ-nin xarici siyasətinə lobbi qruplarının nə dərəcədə təsir etdiyi çoxdan məlumdur. Lakin bu siyasət daha çox daxili maraqlara hesablanır. Burada Konqresdən fərqli olaraq Ağ Ev hər zaman daxili maraqlarla ABŞ-nin xarici hədəflərini balanslaşdırma yolunu tutub. Bu baxımdan O’Braynın Bakı səfəri zamanı çantasında olacaq tezislər əslində münasibətlərin mövcud durumundakı nisbi sabitliyin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcək. ABŞ administrasiyası qarşıdan gələn seçkidə erməni lobbisindən səs almaq üçün Azərbaycana qarşı demarşlarını davam etdirəcək, yoxsa illərlə strateji tərəfdaş adlandırdığı Bakı ilə korlanmış münasibətlərini yenidən düz müstəviyə çıxaracaq?

Azərbaycan dünyada yeganə ölkədir ki…

ABŞ-nin bölgə ilə bağlı siyasətinə baxdıqda Azərbaycanın nə dərəcədə əvəzedilməz tərəfdaş olduğu bir daha aydınlaşır. Hazırda Vaşinqton Rusiya və İrana qarşı aqressiv siyasət yürüdür. Azərbaycan dünyada yeganə ölkədir ki, hər iki ölkə ilə birbaşa quru sərhədinə malikdir. Həmçinin, Rusiyanın Cənubi Qafqazda sözünə etimad etdiyi, bərabərhüquqlu tərəfdaş qismində gördüyü yeganə dövlət Azərbaycandır. Tarixi təcrübə də göstərir ki, Azərbaycan bir neçə dəfə Moskva ilə Vaşinqton arasında aparılan ikitərəfli məsləhətləşmələrə ev sahibliyi edib. Bu görüşlər dünyanın iki super gücünün Bakıya strateji müttəfiq və etibarlı tərəfdaş qismində nə dərəcədə yüksək qiymət verdiyinin göstəricisi sayılır. İran amilinə gəldikdə isə, bir müddət əvvəl Bakı-Tehran münasibətlərində müşahidə olunan gərginlikdə Azərbaycanın heç bir təhdidə boyun əyməyəcəyini bütün dünya bir daha əyani şəkildə gördü. Sirr deyil ki, bu gün beynəlxalq aləmdə milli maraqlarını öz gücü, imkanları, praqmatik siyasətilə müdafiə etməyi bacaran ölkələrə daha çox hörmətlə yanaşırlar.

“Mərkəzi Asiyanın qapısı”

Hazırda Mərkəzi Asiya regionunun da Qərb, xüsusilə ABŞ üçün strateji əhəmiyyəti artır. Rusiya və Çin amilini neytrallaşdırmaq üçün Qərb diplomatları intensiv şəkildə bölgəyə səfərlər edir, Mərkəzi Asiyanın Qərb bazarlarına inteqrasiyası üçün müxtəlif təşəbbüslər irəli sürürlər. Bu təşəbbüslərin reallaşması üçün ən mühüm amil Bakının yaratdığı imkanlardır. Dünyada “Mərkəzi Asiyanın qapısı” adlandırılan ölkəmizin geosiyasi və coğrafi mövqeyi Qərbin uzunmüddətli hədəflərinin reallaşmasında açar rolunu oynayır. Həmçinin, Mərkəzi Asiya ölkələri ilə Bakının ikitərəfli münasibətləri də çox yüksək səviyyədədir. Vaşinqtonda anlayırlar ki, Bakı ilə münasibətlərdə yaranan soyuqluq, Azərbaycanın milli maraqlarının nəzərə alınmaması, onunla təzyiq və təhdid dilində danışmaq Mərkəzi Asiya ölkələri tərəfindən də ən azı xoş qarşılanmayacaq. Onlar da gələcəkdə eyni münasibətlə üzləşə biləcəklərini nəzərə alaraq Qərblə münasibətlərdə müəyyən korrektələrə gedə bilərlər. İndiki məqamda belə vəziyyətin yaranması Vaşinqtona heç sərf etmir.

Alternativ mənbə, etibarlı tərəfdaş

Ukraynadakı müharibə səbəbindən Rusiya ilə bütün enerji əlaqələrini minimuma endirən Qərb dövlətlərinin də ABŞ-dən mühüm gözləntiləri var. Təbii ki, əsas məsələ enerji təhlükəsizliyinin təmini, bu istiqamətdə etibarlı tərəfdaşların tapılmasıdır. Azərbaycan uzun illərdir ki, Qərbin enerji təminatında etibarlı tərəfdaş statusunu qazanıb. Hazırda Bakı Avropanın neft-qaz, yaşıl enerji ilə təmini istiqamətində gələcəyə hədəflənən strateji layihələrin əsas oyunçularından biri sayılır. İstər Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının, istərsə də Azərbaycanın özünün enerji potensialının Qərbə çatdırılmasına maneələr yarada biləcək siyasi gedişlər Avropa paytaxtlarının Vaşinqtona qarşı demarşı ilə müşahidə olunacaq.

Haqq və ədalət tələb edən siyasət

Yekun olaraq bir daha təsdiqləndi ki, Azərbaycanı beynəlxalq səviyyədə əvəzedilməz tərəfdaşa və bölgənin əsas söz sahibinə çevirən əsas amil onun ali rəhbərliyinin yürütdüyü praqmatik siyasətdir. Bu siyasət yalnız haqq və ədalət tələb edir. Qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq onun əsas qayəsidir. Bütün maraqlı tərəflərin gözləntilərini qarşılayan bu siyasətlə bağlı haqsız gedişlər isə daha çox həmin qüvvələrin özlərinə qarşı əks effekt verəcək. Bunu həm Vaşinqtonda, həm də digər beynəlxalq mərkəzlərdə artıq gözəl anlayırlar. Xüsusilə ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin bərpa edildikdən sonra…

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password