Zabrat sakini polis polkovnik-leytenantının özbaşına əməllərindən bezib DİN-ə müraciət etdi

 

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Maştağa yolu, dönğə 2, ev 10 A ünvanında 2015-ci ildən yaşayan və daimi pasport qeydiyyatında olan vətəndaş Radə Yaqub qızı Məmmədova son aylarda üzləşdiyi problemlərin media vasitəsi ilə işıqlandırılmasını və geniş ictimaiyyətin müzakirəsinə çıxarmağı xahiş edir. Yaşadığı məhəllədə qonşusu Kazımova Zənfirə Mikayıl qızı tərəfindən məhkəməyə verilən Radə xanım və ailəsi çıxılmaz vəziyyətdə qaldığını bildirir. Belə ki, qonşu 2015-ci ildən satın alıb köçdüyü fərdi yaşayış evinin barısında açdığı qapının bağlanılmasını tələb edir, torpaq sahəsinin ona məxsus olması barədə məhkəmədə iddia qaldırıb.

Radə xanım tərəfindən redaksiyamıza təqdim olunmuş iddia ərizəsində yazılır: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,Zabrat-Maştağa yolu, sağ tərəfi, yeni qaydalarla Sabunçu rayonu, Zabrat qəsəbəsi,Zabrat-Maştağa şossesi 76 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan, sahəsi 0,04 ha olan torpaq sahəsi iddiaçı Kazımova Zənfirə Mikayıl qızının xüsusi mülkiyyətindədir. İddiaçı həmin ünvanda fərdi yaşayış evləri tikmiş və mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini hasardan kənarda yol kimi saxlamışdır.

İddiaçı hesab edir ki,  cavabdehlər qanunsuz olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş qapısı açmış, iddiaçının yol kimi saxladığı torpaq sahəsində əkdiyi şam və dekorativ ağacları məhv etmiş, ümui istifadədə olan yol zəbt olunaraq öz hasarları daxilinə alınmış, bununla da iddiaçının evinə gedən yol daralmışdır.

Radə xanım isə bildirir ki, məhkəməyə qaldırılmış bu iddianın heç bir əsası yoxdu. Belə ki, göstərilən ünvanda ailəmlə 2015-ci ildə yaşayıram, və həmin evin mülkiyyətçisiyəm. Evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətimizdə olması və qanuni istifadəmizdə olduğunu təsdiq edən bütün sənədlərimiz var. Onları Məhkəməyə təqdim etmişik və sənədlərimizdə göstərilənlərdən başqa heç bir ərazi zəbt etməmişik. Əksinə iddiaçı Zənfirə Kazımovanın oğlu sozügedən yolu zəbt etmək, bir neçə ailənin yolunu kəsmək istəyir.

Radə xanım deyir ki, iddiaçı ərizəsində 04 ha olan torpaq sahəsində fərdi yaşayış evləri tikmiş və mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini hasardan kənarda yol kimi saxladığını yazıb. Burada sual yaranır. 04 ha olan torpaq sahəsində neçə fərdi yaşayış evi tikmək olar ki, həm də bir hissəsi hasardan kənarda yol kimi saxlanılsın? Onun yol kimi saxlamışam dediyi yer dalandır və rəsmi sənədlərdə də elə göstərilir və ondan sonra 4 ev və həyət var. Ümumi yoldur, dalandır. Məhkəməyə təqdim etdiyimiz sənədlərdə və şəkillərdə bu aydın görünür. Əminəm ki, bu sualları Sabunçu rayon Məhkəməsinin hakimi Adilə Paşayaeva da iddiaçı tərəfə verəcək.

Daha sonra Radə xanım deyir ki, iddiaçı pensioner bir qadın olduğu halda ikimərtəbəli fərdi yaşayış evlərini hansı vəsaitlərin hesabına tikdirib? Onun sözlərinə görə evlər onun oğlu, Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin inspektor-kriminalisti, polis polkovnik-leytenantı Elşən Kazımov tikdirilib. Hətta oğluma deyib ki, məhlədəki bu mülkləri mən almışam. Hamısı bizə məxsusdur, evləri mən alıb kirayəyə vermişəm. Alıb kirayəyə verib, əcəb eləyib, bizimlə bölə bilmədiyi nədir, bilmirəm. Onun bu hərəkətləri heç də polis əməkdaşının adına yaraşan hal deyil. Biz bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazova da müraciət edəcəyik.

Qeyd edək ki, Məhkəmə prosesi dekabrın 5-də Sabunçu rayon Məhkəməsidə hakim Adilə Paşayaevanın sədrliyi ilə baş tutacaq. Əminik ki, hakim Adilə Paşayaeva ədalətli qərar çıxararaq tərəflərin mübahisəsini həll edəcək.

 

Aktualinfo.org

Məqaləyə dair fotomateriallar:

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password