Sərhəddə görüş: İrəvanın 8 kəndə qarşı 31 kənd hiyləsi

 

Şahin Mustafayevlə Mger Qriqoryan Qazax-İcevan sərhədində görüşü başlayıb. Bu, delimitasiya komissiyalarının sayca beşinci görüşüdür. İndiyə qədər 4 görüş keçirilib: ikisi sərhəddə – Arazdəyən və Qazax; ikisi xaricdə – Moskva və Brüssel; bütün görüşlərdə yeganə nəticə “danışıqların davam etdirilməsi üzrə razılaşma” olub; bu görüşdə də nəticənin əvvəlkilərdən fərqli olacağı sual altındadır. Çünki:

– tərəflər arasında sərhədin hansı xəritələr üzrə müəyyən edilməsinə dair fikir ayrılığı davam edir;

– işğal altında qalan 8 kəndin – Qazaxın 7 və Kərki kəndi – azad edilməsinə qarşı İrəvan “erməni kəndləri” iddiasını irəli sürüb;

– sərhəd məsələsində hansısa razılaşma xəritələrin saxlanıldığı Moskvanın prosesə qoşulmasını şərtləndirir. Ki, görüşün Qərb cəbhəsi bununla razılaşmayacaq.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın son iddiaları da İrəvanın “əlini yüksəltdiyini” göstərdi. Erməni spiker 8 kəndin qaytarılmasına qarşı bildirir ki, Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır, bu 31 kəndin qaytarılmasından da danışmalıyıq.

İrəvan “31 kəndə” Başkəndi və müharibədən sonra dövlət sərhədinin bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri daxil edir. Və bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək istəyirlər.

Nəticə etibarilə Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password