Ermənistanı anlaşmaya yaxınlaşdırmağın yolu – “Bunu davamlı etsək, gələcək”
“Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə və müzakirələrə cəlb etməyə ehtiyac var”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
“Azərbaycan və Ermənistanın sərhəd mövzularını müzakirə etmək məqsədilə növbəti görüşünü faydalı hesab etmək olar. Aydındır ki, bir görüşdən və ya görüşlər seriyasından nəticə çıxmayacaq. Bütün hallarda prosesi davam etdirmək lazımdır. Ümumiyyətlə, Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə və müzakirələrə cəlb etməyə ehtiyac var. Bu yolla həm Ermənistanla razılaşmaya yaxınlaşmaq olar, həm də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırmaq mümkündür. Çünki iki tərəf daimi müzakirələr aparırsa, üçüncü tərəf bu müddətdə birtərəfli mövqeyilə vəziyyəti gərginləşdirməkdən çəkinmək məcburiyyətindədir”, – ekspert bildirib.