Azərbaycanda karantin elan oluna bilərmi?

 

Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib ki, ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Artıq müəyyən yaş qruplarına peyvənd vurulması ilə bağlı qərar verilib.

Xəstəliyin bu qədər geniş arealda yayılması ilə əlaqədar olaraq karantin rejimi elan oluna bilərmi?

Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla  açıqlamasında bildirib ki, hazırda karantinə ehtiyac yoxdur:

“Karantin rejimi üçün epidemoloji vəziyyətin konkret meyarları olmalıdır. Hazırda ölkəyə lazımi qədər vaksinlər gətirilib, məcburi şəkildə vaksinasiya başlanılmalıdır. Uşaqlar həyatları boyunca qızılcaya görə 2 dəfə vaksinasiya olunur və bu period situasiya nəzərə alınaraq dəyişilə bilər. Həmşinin uşaqlar daha erkən yaşda vaksinasiya olunmalıdırlar.

Xəstəliyə yoluxan uşaqlara dəmirlə zəngin olan hemoqlobin zülalı vurulur. Bu uşaqlar da nəzarətə götürülməli və mümkün qədər onların qızılcaya yoluxmamış uşaqlarla təması aradan qaldırılmalıdır”.

Adil Qeybulla qeyd edib ki, qızılcaya yoluxma halları baş verən məktəblərdə lokal karantin elan oluna bilər:

“Burada digər əsas məqam valideynlərin bu işə məsuliyyətlə yanaşmasıdır. Valideynlər maarifləndirilməli, icbari tədbirlər keçirilməlidir. Şagirdlərin bir məktəbdən digərinə köçürülməsi və ya sənəd alması zamanı mübadilə kartında onun vaksinasiya olunub-olumaması ilə bağlı məlumatlrın əks olunması məsələsinə ciddi yanaşılmalıdır”./cebhe.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password