Zelenski səhv etdi, Odessanı da itirəcək – Conson
Ukrayna Rusiya ilə barışmaqdan imtina edən ölkə rəhbərliyinin səhv hesablaması ucbatından Odessa və Xarkovu itirmək riski ilə üzləşib.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.
“Ukraynalıların sülh əldə etmək şansı var idi, o zaman Xerson və Zaporojye bölgələri əlində qalacaqdı. Amma indi artıq o şans itirilib. Ruslar bu əraziləri heç vaxt verməyəcəklər və çox güman ki, Xarkov və Odessa işğal ediləcək. Ukrayna hakimiyyəti ötən il Qərbin təsiri altında Rusiya ilə danışıqlardan imtina etməklə böyük səhvə yol verdi. İndi Zelenski hansısa yolla vəziyyəti yaxşılaşdıra bilməyəcək”, – Conson bildirib./axar.az