“Ukrayna Rusiyaya qalib gəlməsə…” – Zurabişvili

 

Ukrayna Rusiyaya qarşı qələbə qazanmadan Gürcüstanda tərəqqi və azadlıq olmayacaq.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Mən bu günün fürsətindən istifadə edib Ukraynaya qələbə arzulamaq istəyirəm, çünki Ukraynanın qələbəsi olmadan bizdə tərəqqi və azadlıq olmayacaq. Bu, bizim azadlığımız uğrunda birgə mübarizəmizdir, buna görə çox sağ olun”, – Zurabişvili bildirib.

Prezident həmçinin vurğulayıb ki, 2024-cü il həlledici olacaq, çünki Gürcüstan Avropa Birliyinə üzv olmaq üzrə danışıqlara başlayacaq. Zurabişvili ölkəsinin bu mövzuda Ukrayna və Moldovaya çatmalı olduğunu söyləyib.

Prezident onu da qeyd edib ki, dekabrın 15-də AB Gürcüstana birliyə namizəd statusu verib-verməməyə qərar verəndə heç nə bitməyəcək, daha ciddi mərhələ başlayacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password