Müharibədə gedişat dəyişir – Çindən Ukraynaya qarşı kritik həmlə

 

Rusiya-Ukrayna müharibəsinin soyuq aylarda mövqe döyüşlərinə keçəcəyi ehtimalı yüksəkdir, hər iki tərəf cəbhədə mövqelərini gücləndirməyə çalışacaq. Çünki yeni hücumlar canlı qüvvənin daha böyük itkisi və hərbi texnikanın sıradan çıxması deməkdir. Qış aylarında mövqe döyüşləri davam etdikcə, tərəflər qarşıdakı yay ayları üçün irəliləmək planlarını tərtib edəcəklər.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Ekspertlər qeyd edirlər ki, gələn il Rusiya və Ukraynanı daha bir sınaq gözləyir, hər iki ölkədə prezident seçkisi keçirilməlidir:

“Rusiya seçkisində sürpriz gözlənilmir, Vladimir Putin rəqibləri üzərində qələbəyə əmindir. Ukraynada isə müharibə şəraitində seçkinin keçirilib-keçirilməyəcəyi, keçirilərsə, hazırki dövlət başçısı Vladimir Zelenskinin mövqeyini qoruyub-qorumayacağı bəlli deyil. Buna baxmayaraq, seçkilərin müharibənin gedişatına çox da təsir edəcəyi proqnozlaşdırılmır.

“Vaşinqton Post” qəzeti maraqlı iddia ortaya atıb. Nəşr Rusiya və Çinin birlikdə Krımda dənizaltı tunelin tikintisinə başlamaq barədə razılıq əldə etdiyini yazır. Ukrayna kəşfiyyatı Çinin dəmir yolu inşaat şirkətinin məktublarını ələ keçirməklə tunel tikintisi barədə məlumat əldə edib. Məlumata görə, Çin şirkəti dənizaltı tunel tikintisi üçün Rusiyadan sifariş alıb. Rusiya tunelin tikintisi üçün Çin şirkətinə 5 milyard dollar ödəyəcək. Maraqlıdır ki, Rusiya bu maliyyəni elə Çin banklarından birindən kredit götürməklə Çinin tikinti şirkətinə ödəyəcək. Bunun qarşılığında Çin həmin tuneldən istifadəyə görə gediş haqqı toplayacaq.

Rusiya və Çin arasında tunelin tikintisi ilə bağlı ilkin razılıq olsa da, bunun reallaşması indiki şərtlər altında mümkün deyil. Çünki Ukrayna ordusu Krım körpüsü və ətrafını tez-tez raket atəşinə atəşə tutur, dron hücumları həyata keçirir. Raket atəşləri altında dənizin altı ilə tunelin tikintisi mümkün deyil. Tunelin tikintisi üçün ya müharibə bitməlidir, ya da Ukraynanın körpünü dron və raket atəşinə tutması ehitmalı ortadan qaldırılmalıdır. Rusiya hələlik bunu bacarmır. Çin şirkəti gözləmə mövqeyindədir”.

Təhlildə vurğulanır ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Çinə səfər edərək, bu ölkənin lideri Si Cinpinlə görüşüb:

“Volodin görüşdən sonra deyib ki, Pekin Moskva ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Rusiya 2024-cü ildən BRİKS-ə sədrlik edəcək. Cinpin bildirib ki, ölkəsi Rusiyanın sədrliyi müddətindəki fəaliyyətini dəstəkləyəcək. Çin lideri hesab edir ki, iki ölkə arasındakı münasibətlər beynəlxalq aləmin mürəkkəb sınaqlarından keçib. Cinpin yəqin onu nəzərdə tutub ki, ABŞ və müttəfiqləri Çin-Rusiya ittifaqını zəiflədə bilməyib.

Rusiyanın müharibə apardığı bölgədə dənizaltı tunelin tikintisini Çinə tapşırması iki ölkə arasında münasibətlərin hazırki yüksək səviyyəsindən xəbər verir. Ancaq o da var ki, Çin nə zamansa tunelin tikintisinə başlayarsa, Krımın ilhaqına dəstək vermiş olacaq. Pekin Ukraynanın ərazi bütövlüyü əleyhinə bu addımı atarsa, Tayvan məsələsində mövqeyi zəifləyəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password