Bakı Zirvə görüşlərinin mərkəzinə çevrilib

 

Azərbaycanın çoxşaxəli əməkdaşlığı sürətlə genişlənməkdədir. Geridə qoyduğumuz Bakıda keçirilən SPECA həftəsi də bu baxımdan olduqca məhsuldar oldu. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstan bu proqrama üzv dövlətlərdir.

Azərbaycanın bu dövlətlərin hər biri ilə iqtisadi siyasi əlaqələri sürətlə inkişaf etməkdədir.

Məlumat üçün bildirək ki, Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. İki və çoxtərəfli əlaqələr siyasi müstəvidə də uğurla inkişaf edir.

Azərbaycan və proqrama üzv digər dövlətlər beynəlxalq siyasi arenalarda daima bir-birlərini dəstəkləyirlər. İkinci Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə də bunun şahidi olduq.

Bu gün eyni zamanda Azərbaycan qlobal proseslərə uğurlu yön verməyi bacaran dövlətə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Azərbaycan bir neçə platformalar üzərindən aktiv xarici siyasət aparır. Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. platformaları qeyd etmək olar.

Azərbaycan bu platformalar vasitəsilə dünya üçün ciddi təhdid yaradan bir çox problemlərin həll olunmasına öz töhfələrini verib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bir çox təşkilatların Zirvə görüşlərinə fəxri qonaq kimi dəvət olunur, beynəlxalq layihələrdə onun rəyi əsas götürülür. Bütün bunlar əlbəttəki ölkəmizin artan nüfuzundan, qüdrətindən xəbər verir.

Azərbaycanın regionda formalaşdırdığı təhlükəsiz mühit bir çox dövlətlər tərəfindən təqdim olunur. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir, bununla bərabər hegomon dövlətlərin qərəzli, ədalətsiz yanaşmasını ifşa edir, bunlara qarşı çıxır.

Azərbaycanın məhz bu fəaliyyətinin nəticəsidir ki, ölkəmizə qarşı qərəzli siyasətin, ikili standartların son zamanlar şahidi oluruq. Bir sıra dairələr müxtəlif yollarla Azərbaycanın siyasi-iqtisadi güclənməsinin qarşısını almağa çalışsa da, bu məqsədlərinə heç bir halda nail ola bilmirlər. Bu gün Azərbaycan öz müstəqillik dövrünün ən güclü dövrlərini yaşayırlar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password