Sabunçu Prokuroluğunun dələduz qarşısında nə öhdəliyi ola bilər ki… – Kamran Əliyevin diqqətinə

 

Bakı şəhəri Xətai rayonu, Vunq-Tau küçəsi, ev 15, mən., 612-də qeydiyyatda olan və yaşayan  Seyidov Yavər Tofiq oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və digər bir sıra aidiyyatlı dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlanıb.

Aktualinfo.org vətəndaş Yavər Seyidovun müraciətini olduğu kimi təqdim edir:

Çox hörmətli Prezident və xanım Mehriban Əliyeva. Bir daha xatırlatmaq istəyirəm ki, dələduz dəstədən ibarət Əbdürəhimovlar ailəsinin mənə qarşı Sizin adınızdan süi-istifadə edərək mənə olan borc pulu istəməməyim üçün hədə-qorxu gələn oğlu Tərlan Minavəddin oğlu Əbdürəhimovu və atasından ibarət dələduz dəstənin əməllərinə hüquqi qiymətin verilməsi üçün fevralın 1-dən verdiyim şikayətim üzrə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində İslam adlı müstəntiq polis mayoru tərəfindən araşdırmaya başlanmış və AR CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlanılaraq istintaq aparılmışdır. İstintaqın davam etməsi üçün ərazi üzrə iş materialları Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir.

Sabunçu RPİ-də əvvəlcə Elşən adlı müstəntiq araşdırmanı aparmışdır. Mən də Minavəddinin yük avtomobilinin sürücüsü olmuş Yunis adlı şəxsi və digərlərini müstəntiqin yanına gətirmişdim. Ondan izahat alınan zaman sürücü izahatında etiraf etmişdir ki, Minvəddinin tapşırığı əsasında Seyidov Yavərdən aldığımız inşaat materialları olan dəmir dirəkləri, lesa və 18-lik diktlərdən ibarət 10 yük avtomobili yükü Biləcəri qəsəbəsindəki məşhur daş bazarına gətirib Minavəddinin borcunun əvəzinə təhvil vermişik. Qalan materialları da Minavəddinin göstərişləri əsasında Dərnəgüldə yerləşən tikinti materialları dükanlarına paylamışıq. İstintaq zamanı sürücülər həmin əraziləri müstəntiqə bir bir göstərmişdir. Bu hadisədən sonra müstəntiq Elşən Quliyev mənə bildirdi ki, Yavər narahat olma sənin bütün mal materialların qayıdacaqdır. Amma bu günə kimi qayıtmadı. O, Minavəddini qanunsuz olaraq 29 noyabr 2022-də polisə dəvət edərək 2 sutka saxlamış və sonra nə olmuşdursa azad etmişdir. Bizim yenidən şikayətlərimiz əsasında 2022-ci ilin sonunda CPM-nin 53.1.1 maddəsi üzrə dayandırılmış cinayət işinin yenidən araşdırılması tələbimizdən sonra həmin əsassız qərar ləğv edilmiş və iş yenidən araşdırlması üçün Sabunçu Pİ-nin Cavid adlı yeni müstəntiqinə həvalə edilmişdir. Sağ olsun yeni müstəntiq vicdanla işi araşdırmış, iş üzrə təşkilatçı olmuş Rövşən adlı şəxs barəsində də CM-nin müvafiq maddəsi üzrə cinayət işi açmış, əsas dələduz M.Əbdürəhimov barəsində yenidən CM-nin 178.3.2 maddəsinin tətbiq olunması barədə İTTİHAM AKTINI Sabunçu Rayon Prokurorluğuna son 10 ayda 7 dəfə təqdim etmişdir. İşin  köhnə müstəntiqdən alınmasını və işin dayandırlması barədə əsassız qərarın ləğv olunduğunu görən dələduz M.Əbdürəhmanov müstəntiqə verdiyi külli-miqdarda rüşvəti geri tələb etmişdir. Müstəntiq törətdiyi bu cinayətə görə vəzifəsindən kənarlaşdırılmış və barəsində hazırda da araşdırmalar başlanılmışdır.

İşin yeni müstəntiqdə araşdırılması zamanı sübutlar olan qaimələr ekspertizadan rəylə daxil oldu 63 qaimədən 59-da Münavəddinin imzaları təsdiq olunur ki, mənim verdiyim inşaat materiallarını həqiqətən Minavəddin imzalayaraq təhvil almışdır. Çox təəssüflər olsun ki, yeni müstəntiq işi apararkən dekabrın axırlarında Sabunçu rayon Prokurorluğu işi tələb edərək almış və sonradan bizə DİN-nin BİSTİ tərəfindən verilən 24 fevral 2023-cü il tarixli rəsmi cavabdan aydın olmuşdur ki, Sabunçu Rayon Prokurorluğu dələduzu cinayətdən yayındırmaq üçün əsassız olaraq CPM-nin 53.1.1 I tətbiq etmişdir.

Biz bu qərarı ləğv etdirdikdən sonra o da məlum oldu ki, iş Prokurorluqda olarakən dələduz Minavəddinin sürücüsü olmuş Yunisin istintaq zamanı verdiyi və etiraf etdiyi izahatları iş materiallarından naməlum səbəbdən yoxa çıxarılmışdır. (???)

Minavəddin isə sürüclərinə və malları qanunsuz borcunun əvəzinə payladığı dükan sahiblərinin hamısına bildirmişdir ki, heç kim narahat olmasın verdiyim bütün inşaat materialları sizdə qalacaq, kimsə onu yenidən sizlərdən almayacaq, mən pulumu verib işi həll etmişəm”. Narahatçılığa əsas yoxdur”.  Doğrudan da əvvəlki müstəntiq Elşən Quliyev tərəfindən sürücüdən izahat alınması, sonra Minavəddini dəvət edib onu 2 sutka qanunsuz saxlaması və gizli sövdələşmədən sonra onu azadlığa buraxması, sürücünün verdiyi izahatların və digər sübutların “YOXA” çıxması, barəsində CM-nin 178.3.2 madəsi üzrə cinayət işi açılan Minavəddinin isə müstəntiqlə gizli sövdələşməsindən sonra mənə məxsus inşaat materiallarını ələ keçirərək borc əvəzinə payladığı dükan sahiblərinə arxayınçılıqla  “pulumu verib məsələni həll etmişəm, kimsə narahat olmasın!” Bəyənatları onu deməyə əsas verir ki, dələduz Minavəddin əvvəlcə oğlu Tərlanı istintaqdan yayındırmış, sonra müstəntiqin əldə etdiyi sübutları yoxa çıxarmaq əvəzində rüşvətini verib özünü sudan quru çıxarmağı hələlik bacarmışdır. Budur, indi də Sabunçu rayon Prokurorluğunda əsassız olaraq hər dəfə bir bəhanə ilə iş materiallarını Sabunçu RPİ-nə qaytarırdılar ki, guya yetərincə araşdma aparılmayıbmış.

Əvvəlcə biz başa düşə bilmirik ki, necə olur ki, DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində cinayət işi başlanmış və hazırda da istintaq zamanı ekspertiz arəyləri və sürücülərin verdikləri izahatlardan, dələduzluqla ələ keçirilmiş materialları dələduz Minavəddinin borcu əvəzinə təhvil almış və hazırda mənimsənilmiş materiallarımı icarəyə verməklə pul qazanan dükan sahibləri də öz izahatlarında etiraf etmişlər ki, bəli biz Minavəddinin borcu əvəzinə bu tikinti materiallarını almışıq” Yəni bu qədər NET sübutların və ekspert rəyinin olduğu yerdə Sabunçu Prokurorluğunun canfəşanlıqıla dəfələrlə işi geri qaytarması, və ikinci dəfə başlanmış cinayət işini ləğv etməsi barədə qəbul etdikləri əsassız qərar qəbul etmələrini başa düşə bilmirik. Axı dələduzla Sabunçu Prokuroluğunda kimsə qohum və ya tanış deyil. Minavəddinə də aşiq olmayıblar ki, cinayətkarları məsuliyyətdən yayındırsınlar. Axı prokuror mundiri geyinmiş bu adamların Minavəddin qarşısında nə öhdəliyi ola bilər ki, Qanunlarımızın üzünə belə “tüpürülər” Nə məcbur edir ki, Azərbaycan Respublikasının 1-ci vitse-prezidentinin adından süi-istifadə edərək özünü biznesmen kimi təqdim edən Minavəddin Əbdürəhimov kimi bir dələduz barəsində  başlanmış və sübuta yetirilmiş cinayət işini ört basdır edirlər?

Amma hər nə olur olsun yenə də  mən hesab edirəm ki, bu çox ciddi məsələdir və dövlətin vəzifəli şəxsinin ( 1-ci vitse-prezidentinin) adından istifadə edən istənilən cinayət məsuliyyətinə cəlb edilən Minavəddin dələduz oğlu Tərlanla birlikdə barəsində açılmış CM-nin 178.3.2 maddəsi üzrə cəzasını almalıdır.

Burada dələduzla gizli sövdələşmənin heç bir anlamı ola bilməz. Ona görə şəxsən Mehriban xanımdan bir daha xahiş edirəm ki, mənim çoxsaylı şikayətlərimi öz şəxsi nəzarətinə götürərək onun adından süi-istifadə edən Tərlan və atasının məni kimi sadə insanlara qarşı törətdiyi dələduzluqlar barəsində açılmış cinayət işi Sabunçu rayon Prokurorluğunda ört basdır edilməsinin qarşısı dərhal alınsın və istintaqın Sabunçu rayon Prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğuna verilməsi barədə Baş Prokurorluq qərar qəbul etsin.

Baş Prokuror cənab Kamran Əliyevdən də xahiş edirəm ki,  istintaq işini şəxsi nəzarətinizə götürəsiniz ki, Sabunçu rayon Prokurorluğunda  öz qulluq mövqelərindən süi-istifadə edərək ölkənin 1-ci xanımının adından süi-istifadə edən bir dələduzla gizli sövdələşərək onu məsuliyyətdən azad etsin. Haram olsun cinayətkarlarla əlbir olub evinə çörək aparan belə dövlət məmurlarına.

Xatırladım ki, bu il ərzində Sabunçu rayon Prokurorluğunun və Sabunçu Pİ-nin sabiq müstəntiqi Elşənin dələduz Minavəddinin cinayətini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxmalarına görə mən ağır xəstələnmiş, insut keçirmişəm. Olan qalan evlərimi və mülklərimi satıb borclarımı ödəmişəm. Düşdüyüm iqtisadi vəziyyətə görə ailəm dağılıb. Bu gün isə Minavəddinin məndən dələduzluqla ələ keçirdiyi inşaat materialları ayrı-ayrı dükanlarda icrəyə verilməkdədir.

Sizlərə əvvəlcədən təşəkkürlərimi bildiriəm.

Yaver sex ves 1.jpg

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password