Yolumuz Şimali Kipr Türk Cümhuriyyətinədir – Səfər qeydləri – I yazı

 

Bu günlərdə ASKEF-in (Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu) təşkilatçılığı ilə bir qrup Azərbaycan ziyalısının 8-16 noyabr 2023-cü il tarixlərdə Şimali Kipr Türk Cümhuriyyətinə səfəri baş tutub. Aktualinfo.org tur iştirakçılarının yol qeydlərini diqqətinizə çatdırır.

 

Artıq neçə vaxtdır hazırlaşdığımız gün gəlib çatdı və biz Bakı-Ankara-Antalya- Şimali Kipr Türk Cümhuriyyəti marşrutu ilə səyahət üçün 08 noyabr saat 08 radələrində H.Əliyev adına Beynəlxalq Hava Limanında Ankaraya uçmaq üçün toplaşmağa başladıq. Mən ağsaqqalımız, görkəmli ziyalımız, şəhid atası, şair Nizami müəllim Elyanarla birlikdə hava limanına gələndə artıq bir neçə nəfər orada idi və dəstənin digər üzvlərinin tam toplaşmasını gözləyirdilər. Whatsapp qrupunda saat 07-də hava limanında olmağı məsləhət görən ASKEF-in Azərbaycan və Orta Asiya başqanı Sona xanım gecikirdi. Hamımz narahat idik. İradə xanım zəng edəndə başqanın artıq çatdığını bildirdi. Hamımız yeni gələn üzvlərimizlə tanış olduq və qeydiyyata getdik. Bu vaxt məlum oldu ki,  hava limanında hörmətli qazimiz, ehtiyatda olan polkovnik Elmar müəllim Hüseynovun qeydiyyatını səhv ediblər və artıq hava limanının işçilərinə görə Elmar müəllim qeydiyyatdan keçib və yükü də baqaja gedib. Araşdırma başladı və bizimlə bir qrupda yer alan həkim Kəmalə xanımın oğlu Natiq bəy qısa zamanda məsələni həll etdi. Beləliklə biz artıq nahar zamanı Türkiyə Cümhuriyyətinin baş kəndi Ankarada idik. Axşam Antalyaya gedəcəyimizdən hələ bir neçə saat vaxtımız olduğunu nəzərə alıb Ankaranı gəzmək qərarına gəldik. Ankaranın mərkəzində Qızıl ay mərkəzində diqqətimizi çəkən QIZIL AYIN işçilərinin parka gələnləri könüllü qan verməyə dəvət etməsi oldu. Həm radio qovşağı vasitəsi ilə həm də işçilərin hündür səslə dəvətinə cavab olaraq kifayət qədər insan gün ərzində könüllü qan verirdi.  Biz axşam saatlarında Ankaradan avtobusla Antalyaya yola düşdük. Səhər saat 09 radələrində ASKEF-in Genəl Başkanı Savaş bəy Ünsal başda olmaqla dostlarımız bizi qarşladılar. Olduqca mehribancasına görüşmədən sonra öz avtobusumzla Daşucuna tərəf yol başladıq.

Biz 22 nəfərlik bir nümayəndə heyəti ilə Şimali Kipr Türk Cümhuriyyətində Zəfər Bayramımızın, Bayraq Günümüzün, Türk Cümhuriyyətinin yaradılmasının 100 illiyinin və Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40 illiyinin qeyd edilməsi üçün yola çıxmışdıq. Bizimlə bərabər bir çox dövlətlərdən gəlmiş 55 nəfər nümayəndə heyəti də bu tədbirlərə qatılmışdı. İrəlidə bizi maraqlı hadisələr gözləyirdi. ASKEF-in Genəl Başqanı Savaş bəy Ünal proqramımızı tam hazırlamışdı. Bilirdik ki, Savaş bəy bu tədbirimizi də əvvəlki tədbirlər kimi yüksək səviyyədə təşkil edəcək. Öncədən onu da deyək ki, biz buna nail olduq. Həm də məqsədimiz ŞKTC-nin tarixi, Osmanlı dövründə və sonralar adada baş verənlər və tarixi yerləri gəzmək idi.

Biz Mersinin Silifke ilçəsində yerləşən Daşucu limanına gəldik. Burada iki saatdan artıq limanı gəzdik və maraqlı məqamlarla rastlaşdıq. Burada çoxlu maraqlı heykəllər və limana bağlanmış, ancaq yeməkxana və motel kimi fəaliyyət göstərən kiçik tutumlu gəmilərə rast gəldik. Bu gəmilərin girişlərində müxtəlif növ reklamlar vardı. Saat 23 olduğundan çox yer bağlı idi və biz ancaq bunları kənardan seyr etdik.

Gecə bizi maraqlı bir sürpriz də gözləyirdi. Biz öz avtobusumuzla Türkiyə Cümhuriyyətinin gömrük məntəqəsinə gəldik. Avtobusdan yükləri götürüb rahatca gömrük məntədələrini keçdik. Avtobus isə gəminin yük anbarına yerləşdirildi. Gecənin sürpirizi isə bizi ŞKTC-ə keçirəcək gəmi idi. Buna gəmi demək mümkünsə. Biz saat 23-59 da yola düşməli idik. Ancaq gəmi təxminən gecə saat 3-də yola çıxdı. Biz səhərə kimi oturaraq yol getməli idik. Salondakı mazut iyi və narahat, çırıq, dar oturacaqlar bizə əməlli başlı cəhənnəm əzabı çəkdirdi. Bizimlə bərabər yaşlı və uşaqlı şərnişinlərin olmasına baxmayaraq əzablı bir gecə keçirdik. 10 noyabr səhər saat 8 da ŞKTC-nin Girne şəhər limanında olmalı idik. Anaq saatda 12-20km-lə gedən “gəmi” saat 13-də Girneyə çatdı və biz saat 18 Levkoşada Atatürk kultur və sənət mərkəzində planlaşdırılmış rəsm sərgisinə çatmalı idik. Tez-tələsik otelə çatdıq və saat 18-də rəsm və sənətkarların düzələltdikləri müxtəlif əl işləri sərgisinə gəldik. Tədbirin açılışında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar cənabları, ASKEF-in Genəl Başqanı Savaş bəy Unal, Azərbaycan-Kıprıs Dostluq Cəmiyyətinin sədri Orxan bəy Həsənli çıxış edərək Türk dövlətlər birliyindən, xalqlarımızın əbədi dostluğundan, Türk dünyası sənət və bilim adamlarının tez-tez bir araya gəlməsindən, Azərbaycanda qeyd edilən 8 Noyabr Zəfər Bayramının və Bayraq gününün, Türk Cümhuriyyətinin yaradılmasının 100 illiyinin və Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40 illiyinin qeyd edilməsinin, xalqlarımız arasında mədəni, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdilər. Sonra qırmızı lent kəsildi. Dörd ölkəni təmsil edən rəssamların əsərləri iştirakçıların böyük marağına səbəb oldu. İştirakşlar sənətkarların əl işləri ilə tanış oldular və özləri üçün müxtəlif növ hədiyyələr aldılar. Prezidentlə şəkillər çəkildi və Azərbaycandan gələn yazarlar öz kitablarını prezidentə hədiyyə etdilər.

Mərkəzin konsert salonunda gözəl bir konsert təşkil edilmişdir. ASKEF-in başqan yardımçısı Nilgün xanım Seçenin aparıcısı olduğu konsertdə Azərbaycandan Samir bəy Abdullayev, Bolqarıstandan xalq sənətçisi Fəxriyyə xanım Güney, Türkiyədən aşıq Zübeyr bəy Daraş, Avstriyadan nadir səsə malik  sənətkar İzabel xanım Ergülın mahnıları alqışlarla qarşılandı. ASKEF-in Azərbaycan və Orta Asiya başqanı Sona xanım İsmayılovanın, şair Nizami Elyanarın, ehtiyatda olan polkovnik, qazımız, AVMVİB-nin səlahiyyətli nümayəndəsi Elmar müəllim Hüseynovun, həkim Mustafa bəy Seçenin çıxışları olduqca maraqla qarşılandı. İştirakçılardan ən gənc olan Yusif Abdullalı konsert zamanı bütün texniki işlərdə kömək etdi. Sərgidə iştirak edən rəssam və sənətçilərə sertifikatlr təqdim olundu. Biz gecə saatlarında mehmanxanaya qayıtdıq. Beləliklə də ŞKTC-də ilk günümüz başa çatdı.

 

Əli Vəliyev,

Vüqar Abduyev

Məqaləyə dair fotomateriallar:

   

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password