Sərhəddə Azərbaycan-Ermənistan görüşü: Bəs sonra?

 

Noyabrın 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası komissiyalarının beşinci iclası keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, görüş sərhəddə baş tutacaq.

Bir müddətlik fasilədən sonra tərəflərin bir araya gəlməsi mühüm bir tendensiyanı canlandırmaq fürsəti verir.

Söhbət Azərbaycanın Ermənistana təklif etdiyi vasitəçilərsiz ali səviyyəli görüş formatının reallaşa bilmək ehtimalından gedir.

Lakin İrəvan vasitəçi olmadan görüşə gəlmək istəmir. Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın açıqlamasına əsasən, elə məsələlər var ki, orada vasitəçilərin iştirakı çox mühüm rol oynayır.

Hər halda, sərhəddə keçiriləcək görüş gələcək ali ranqlı təkbətək görüşlər üçün presedent formalaşdırılmasına yardımçı olur.

Lakin komissiyaların sərhəddə keçiriləcək görüşlərindən əhəmiyyətli bir irəliləyiş gözlənilmir, bu, sadəcə olaraq, texniki parametrlərin dəqiqləşdirilməsini əhatə edən bir müzakirə olacaq.

Ümumilikdə Bakı bilir ki, İrəvan zamanla oynayır. Ermənistan isə dərk edir ki, Azərbaycan uğurlu sülhəməcburetmə əməliyyatlarına üstünlük verir.

Bunun sərhəd delimitasiyası üzrə mübahisəli aspektlərini aydınlaşdırmaqdan ötrü komissiyaların görüşü pozitiv bir siqnal kimi qiymətləndirilə bilər.

Hərçənd ki, Ermənistan Qərbin təyin etmək istədiyi gündəlikdən əhəmiyyətli şəkildə kənara çıxmağa maraqlı deyil. Deməli, sərhəd delimitasiyası üzrə komissiyaların iclası ümumi fonda Qərb-Rusiya geosiyasi qarşıdurmasını səngitməsə də, geosiyasi mübarizənin dozasındakı bir istiqaməti azaldacaq texniki keyfiyyətə malikdir.

Görüşdə müzakirə olunacaq mövzularda ən böyük əhatə dairəsi, yəqin ki, delimitasiyanın hansı xəritələr üzərində həyata keçiriləcəyidir.

Hələ ki tərəflər arasında bu istiqamətdə yekun ikitərəfli razılaşma yoxdur, hərçənd ki, Bakının şərtlər seriyası Azərbaycanın strateji müdafiə zərurətləri baxımından daha böyük gündəliyi əhatə edə bilər.

Çətin ki, İrəvan Qərbi regiona salıb, nələrsə qoparmaq istəməsi fonunda Azərbaycanla paritetə yaxın nəsə əldə etsin.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneələr zəncirvarı bir-birinə bağlıdır. Sülh zəncirindəki halqalardan birini xarab edən mövqe İrəvan tərəfindən təkrarlanır.

Məsələn, Azərbaycan alternativ görüş məkanı təklif etsə də (Tbilisi ola bilər), İrəvan bundan qaçır.

Burada belə bir məntiq doğur ki, hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə olan məqamlardan biri də danışıqların harada keçiriləcəyi ilə əlaqədar fərqli baxışlardır.

Ermənistan bunu Qərb platformalarında, Azərbaycan isə regiondan kənar dövlətləri müzakirələrdən kənarlaşdırmaqla reallaşdırmaqda maraqlıdır.

Amma görüşlərin harada və ya geosiyasi şərtlər daxilində böyük oyunçuların paytaxtlarında keçirilib-keçirilməməsindən asılı olmayaraq, Azərbaycanın tələbləri eyni olaraq qalacaq.

Bakı şərt irəli sürür ki:

– Sərhəd delimitasiyası zamanı Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması təmin edilməlidir;

– Zəngəzur dəhlizinin açılması üçün Ermənistan iradə göstərməlidir;

– Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı gerçəkləşməlidir.

Ermənistanın bu ssenarilərdən qaçmaq cəhdi Azərbaycana alternativ əməliyyatlar həyata keçirmək hüququnu verə bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password