Ermənistanda çevriliş ssenarisi – Paşinyan iqtidarı sona çatır?

 

Ermənistanın son zamanlar Rusiyaya münasibətdə yürütdüyü siyasəti fonunda Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oqtay rusyönümlü qüvvələrin yaxın zamanlarda Ermənistanda Paşinyana qarşı sui-qəsd təşkil edəcəklərini və yaxud bu ölkədə çevrilişin ola biləcəyini bildirib. 

“Son olaraq Ermənistanın KTMT-nin Minskdə keçiriləcək sammitdə iştirakdan və yardımlardan imtina etməsi, üstəlik “Toçka-U” sistemlərinin Ukraynaya verilməsi ilə bağlı razılıq haqqında xəbərlər yeni mərhələnin başladığını göstərir. 

Digər tərəfdən isə fikir verin, Fransanın “Bastion”ları Ermənistana göndərilir, arxasınca Gürcüstan müdafiə naziri də İrəvana gedir. Baş verənlər bizə artıq Ermənistanla NATO arasında da hansısa razılığın əldə olunduğunu deməyə əsas verir. Bu isə tamamilə Rusiyaya arxa çevirib Gürcüstan kimi Qərbə inteqrasiya yolunu tutmaq deməkdir.

Fikrimcə, qarşıdakı vaxtlarda Ermənistandakı rusmeyilli qüvvələr çevriliş edə, yaxud Paşinyan sui-qəsdə məruz qala bilər. Gümrüdəki hərbi bazanın hərəkət qabiliyyətinin məhdudlaşmasının da Rusiyanı bölgədə qalmaq üçün yeni vasitələrdən istifadəyə təhrik edəcəyi mümkündür”.

Nikolu hansı aqibət gözləyir?

Milli.Az bildirir ki, açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, indiki dövrdə Rusiya üçün Paşinyan məsələsi o qədər də aktual deyil:

“Əlbəttə ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində maraqlıdır. Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri də göstərdi ki, Rusiya hazırkı Paşinyan hakimiyyətini heç bir formada qəbul etmir. Ermənistan hakimiyyətində təmsil olunanlar az müddət bundan əvvəl Rusiya əleyhinə aktiv şəkildə ən təhqiramiz kampaniyalar təşkil etdilər. Bu mənada sorosçuların hakimiyyəti dövründə Moskva ilə İrəvan arasında münasibətlərdəki vəziyyətin onsuz da gərginləşəcəyi güman edilirdi.

Digər tərəfdən, Paşinyanın sui-qəsdə məruz edilməsilə bağlı çağırışlar Rusiyada müxtəlif dövrlərdə səslənib. Rusiya ideoloqlarından biri hesab edilən Dugin Ermənistan baş nazirini təhqir edərək, belə bir sorosçunun Ermənistanda hələ də yaşadığı ilə bağlı mesaj vermişdi.
Amma Moskva anlayır ki, indiki dövrdə Paşinyana qarşı hansısa sui-qəsdin təşkili birbaşa şəkildə Rusiyanın növbəti dəfə hədəfə çevrilməsinə səbəb ola bilər. Onsuz da Rusiya Ukrayna müharibəsinə görə, beynəlxalq aləmdə ciddi təzyiqlərlə üz-üzədir. Belə bir məqamda Moskvanın Paşinyana qarşı sui-qəsddə maraqlı olduğunu düşünmək absurd olardı.

Həm də İrəvan nə qədər Moskvaya xəyanət etsə də, Ermənistan elə bir güc deyil ki, Rusiya oradakı hansısa bir simanı indiki dövrdə sui-qəsdə məruz qoysun”.

Ekspert qeyd edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə belə, onun sülh danışıqları prosesinə heç bir təsiri olmayacaq:

“Hətta Paşinyana sui-qəsd olsa belə, Azərbaycanın sülhlə bağlı ortada konkret mövqeyi var. Bu mənada Ermənistanda hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq, həmin ölkə sülh müqaviləsini imzalamalıdır. Azərbaycan artıq Qarabağ problemini həll edib. Bundan sonra qarşıdakı hədəf isə sülh müqaviləsidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password