Azad edilmiş rayonlarda tikinti işlərinə yönəldilən vəsait iki dəfədən çox artıb

 

2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 870 milyon 593 min manat vəsait sərf edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,1 dəfə və ya 2 milyard 41 milyon 758 min manat çoxdur. Belə ki, 2022-ci ilin ilk 9 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 828 milyon 865 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə Laçında 7,5 dəfə, Kəlbəcərdə 3,2 dəfə, Ağdamda 2,7 dəfə, Füzuli və Şuşada isə 2 dəfə artırılıb.

Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın (983 milyon 43 min manat), Kəlbəcər (650 milyon 370 min manat) və Füzuli (585 milyon 624 min manat) rayonlarına ayrılıb.

Azad edilmiş rayonlar 2022-ci ilin ilk 9 ayı, min manatla 2023-cü ilin ilk 9 ayı, min manatla
Laçın 130 681 983 043
Xocavənd 131 339 87 304
Kəlbəcər 201 541 650 370
Füzuli 296 210 585 624
Zəngilan 352 776 367 889
Ağdam 128 459 341 420
Cəbrayıl 326 598 334 275
Şuşa 159 224 332 300
Qubadlı 101 942 188 330
Xocalı 95 38

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password