İrəvan Bakının “təcavüz edəcəyini” dedi, bu da nəticəsi

 

Paşinyanın haqqında danışdığı “Sülh yollarının kəsişməsi” layihəsinin Qərbi Zəngəzurdan keçən dəhliz kimi artıq aktuallığı yoxdur.

Bu sözləri rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.

O bildirib ki, dəhliz Paşinyanın “məhv etdiyi” ideyadır:

“Nəzəri olaraq o məsələdə Türkiyə, Rusiya və İran iştirak etməli idi, amma indi o dəhliz heç kimə lazım deyil. Paşinyan hazırda dəhliz ideyasını satmağa çalışır, amma heç kim onu almır. Əvvəllər isə ona təklif edəndə alver etmək istəyirdi”.

Tarasovun sözlərinə görə, Türkiyə bundan sonra Zəngəzur dəhlizi ideyasında israr etməyəcək, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvanla birləşəcək:

“İran sazişi təxminən 1 il əvvəl, 22 sentyabr 2022-ci ildə imzalayıb. Moskva və Tehran yaxın vaxtlarda 160 km uzunluğunda yeni nəqliyyat dəhlizinin, Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan dəmir yolunun tikintisini başa çatdıracaqlar.

Yəni Türkiyə və Azərbaycanın Zəngəzur yoluna ehtiyacı yoxdur? Potensial olaraq o layihədən əl çəkməyiblər, ola bilsin ki, bu ideyaya qayıdacaqlar, amma indi yox. Türkiyə normal razılaşmanı, Zəngəzur dəhlizinin yaradılmasını təklif etdi, amma əvvəldən ermənilər, daha sonra İran Azərbaycanın təcavüzə hazırlaşdığını yaydılar. Azərbaycan da hiss etdi ki, barıt iyi gəlir və indi o fikirdən imtina edərək deyir ki, Naxçıvana İran ərazisindən keçə bilərik. Fərq 5-6 km-dir. Üstəlik, o dəhliz İranın nəzarətində olacaq və İran da narahat olmayacaq. Beləliklə, əgər fransızlar və ya amerikalılar ermənilərə kömək etmək istəyirlərsə, qoy etsinlər. Deməli, Ermənistan özünü yerləşdirdiyi yerdə, yumşaq desək, elə dərin çuxurdadır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password