Ermənilərlə harda və necə ANLAŞAQ? – Ekspert danışır…
“Prezidentin köməkçisi Hikmət Hacıyev də deyib ki, sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Bu, onu deməyə əsas verir ki, Azərbaycan sülhün əldə edilməsini istəyir. Xüsusilə ortada bir sülh sənədi var ikən, bu, mümkündür. Tərəflər bir müddətdir sülh sənədini müəyyən düzəlişlərlə bir-birinə göndərir. Son olaraq rəsmi İrəvan sülh sazişi üzrə altıncı təkliflər paketini Bakıya təqdim etdiyini açıqlayıb. Əslində, hazırda danışıqlar masasında sülh sənədinin olması barışığa inamı artırır. Lakin burada əsas problemli məqam Ermənistanı sülhdən yayındıran ABŞ və Qərbdir. H.Hacıyevin dediyi kimi, Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqtonda yox, regiondadır”.
Ekspertin sözlərinə görə, Azərbaycanın məsələyə yanaşması açıq-aydındır: “Rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsini Cənubi Qafqaz problemi kimi görür və buna görə də həlli üçün regional platformanı təklif edir. Prezident İlham Əliyevin təklif etdiyi “Tbilisi platforması” bu baxımdan ən idealıdır. Vaşinqton, Brüssel platformaları rəsmi Bakını qane etmir. Bundan başqa, adıçəkilən platformalar problemi həll etmək iqtidarında deyil. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər normallaşa bilər”./sherg.az