“Planları ilin sonunadək məni devirməkdir” – Zelenski

 

Ukrayna Prezidenti Vladimir Zelenski ona qarşı sui-qəsd cəhdlərindən və Rusiyanın onu hakimiyyətdən uzaqlaşdırmaq planından danışıb.

Prezident müharibə başlayandan bəri dəfələrlə sui-qəsd cəhdinin olduğunu, belə səylərin sayını itirdiyini deyib.

“İlk cəhd çox maraqlıdır, ilk olanda sonra hər şey saat mexanizmi kimi gedir. Birincisində insan nə edəcəyini bilmir, bu, çox qorxunc görünür. Sonra kəşfiyyat sizinlə başqa bir qrupun bunu etmək üçün Ukraynaya gəldiyi təfərrüatlarını bölüşür”, – Ukrayna lideri bildirib.

Zelenski qeyd edib ki, Moskva hələ də onu hakimiyyətdən uzaqlaşdırmaq istəyir, bu cəhdlərdən biri ilin sonuna planlaşdırılıb:

“Əməliyyat “Maydan-3” adlanır, prezidentin dəyişdirilməsinə yönəlib. Bəlkə də qətllə yox, əllərində olan alətlərdən istifadə edəcəklər”.

Fürsət yaranarsa, Ukraynanın Rusiya Prezidenti Vladimir Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına Zelenski belə cavab verib:

“Bu müharibədir, Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password