Ermənistana ən böyük pul axını yenə də Rusiyadandır – İnkişaf tempi və valyuta ehtiyatı azalır…

 

Dünya Bankı Ermənistanın inkişaf tempi ilə bağlı yeni hesabat hazırlayıb.

Cari ilin sentyabr ayına qədər olan dövrü əhatə edən hesabatda Ermənistanın iqtisadi inkişaf tempinin 5,3%-ə qədər azaldığı qeyd edilir. Dünya Bankının məlumatına görə, artımın zəifləməsi əsasən xidmət sektorundakı kəskin azalma ilə bağlıdır. Qeyd olunur ki, ölkədə inflyasiya sabitləşib. Bu, əsasən qiymətli daşlar və metalların ixracı hesabına malların ixracı və idxalının oktyabrda 10%, sentyabrda isə 6% artması ilə bağlıdır.

Dünya Bankının hesabatına görə, sentyabrda fiziki şəxslərin Ermənistana xalis pul axını ötən ilin eyni dövrü ilə müqayisədə 69% azalıb. Sentyabrda pul köçürmələrinin ümumi axını 19% azalıb, xaricə maliyyə axını isə 43% artıb. Daxil olan maliyyə vəsaitinin böyük hissəsi (66,3%) Rusiyadan gəldiyi halda, xaricə maliyyə axınının yalnız 12,7%-i Rusiya Federasiyasının payına düşüb.

Bununla yanaşı, hesabat dövründə ixracın artım tempi idxalın artım tempini üstələyib. Bu da əlbəttə ki, sanksiyalar altında olan Rusiyaya Qərb istehsallı müxtəlif malların, eləcə də Rusiya hərbi sənayesi üçün elektrotexnikanın ötürülməsindən irəli gəlir. Belə ki, “qərbpərəst” Paşinyan hakimiyyəti hal-hazırda da Ukraynanı bombalayan Rusiya hərbi sənaye kompleksinin “boz sxemlər” vasitəsilə müxtəlif xarici texnologiyalarla əsas təminatçılarından biridir.

Hesabatda o da qeyd olunur ki, oktyabrda Ermənistanın valyuta ehtiyatları ardıcıl ikinci ay 155 milyon dollar azalaraq 3,8 milyard dollara düşüb. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password