Ardanışlılar 50 ildən sonra Bakıda görüşdülər
Bu günlərdə Göyçə mahalının Ardanış kənd orta məktəbinin 1974-cü il buraxılşından olan bir qrup məzun və müəllimlərinin Bakı şəhərində “Laləndə” restoranında görüşü keçirildi.
Görüşdə o dövrdə məzunlara dərs demiş müəllimlərdən Məhəmmədəli Quliyev və Mikayıl Həsənov da iştirak edirdi. Görüş iştirakçıları məktəb illərinin bir daha xatırladılar. Xatirələri yada saldılar. Görüşdə çıxış edən Mikayıl müəllim Həsənov, Məhəmmədəli müəllim Quliyev, o dövrün məzunları bu görüşü yüksək səviyyədə təşkil edən Oruc müəllim Süleymanov, aşıq Bəhmən Kazımov, Rusiyanın Sankt Peterburq şəhərindən gəlmiş Rusiya Yazıçılar birliyinin üzvü, şair Maarif Hümbətov (Arif Göyçəli), Məhəmmədəli müəllim Qasımov, İmran müəllim Kazımov, Məhluqə müəllimə Həsənova, Dilbər xanım Vəliyeva, Ceyran xanım Rzayeva, Minayə xanım Novruzova, Elmira xanım Hümbətova və başqaları çıxış edərək Ardanış kənd orta məktəbi, onlara dərs deyən müəllimlər haqqında xoş xatirələr danışdılar. Rəhmətə gedən müəllimlərə rəhmət diləyərək digər müəllimlərinə can sağlığı arzuladılar. Orta məktəbdən maraqlı əhvalatları xatırlayaraq gövrək anlar yaşadılar.
Erməni vandallarının oxuduğumuz məktəbi dağıtdıqlarını, bizə aid olan tariximizi məhv etmək istədiklərini, ancaq buna nail ola bilməyəcəklərini xüsusi vurğuladılar. Artıq Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağımızın hər yerində Azərbaycanımızın üçrəngli bayrağının dalğalandığını və yaxın gələcəkdə bu bayrağın Göyçəmizdə və bütün Qərbi Azərbaycanımızda dalğalanacağına inadıqlarını bildirdilər. Yenə də onların nəvə-nəticələrinin kəndimizdə öz təhsilini davam etdirəcəklərinə inamlarını itirmədiklərini dedilər.
Aşıq Bəhmən və İmran müəllim öz maraqlı ifaları ilə, şair Arif Göyçəli öz şerləri ilə görüş iştirakçılarının alqışlarını qazandılar. Tədbirin sonunda xanım iştirakçılara gül buketi təqdim olundu və şair Arif Göyçəli öz kitablarını bütün iştirakçılara hədiyyə etdi. Xatirə şəkilləri çəkildi və belə möhtəşəm görüş təşkil etdiyinə görə Oruc müəllimə dərin minnətdarlıq bildirildilər.
Əli Vəliyev