Almanlardan Ərdoğan etirafı: “Çətin və vazkeçilməz…”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya səfəri yerli mətbuatda geniş işıqlandırılır.

Ölkənin “Hannoversche Allgemeine Zeitung” qəzeti Türkiyə liderinin səfəri ilə əlaqədar diqqətçəkən təhlil dərc edib.

Nəşr Türkiyənin Almaniya üçün çətin, amma əvəzolunmaz tərəfdaş olduğunu vurğulayıb:

“Türkiyə bir çox cəhətdən çətin, bəzən məyusedici, ruhdan salan, amma əvəzolunmaz tərəfdaş olaraq qalır. Bu, məsələn, Almaniyanın Avropa Birliyinin Ankara ilə qaçqınlarla bağlı sazişini canlandırmaq üçün çalışmalı olduğu miqrasiya məsələsinə aiddir. Bu, NATO-ya da aiddir, burada Ərdoğan İsveçin üzvlüyünü əngəlləməklə nə qədər gücə malik olduğunu göstərdi. Bu, Ərdoğanın Rusiyanın işğalından sonra BMT ilə taxıl sazişi imzalamaqla diplomatik uğur qazandığı Ukrayna müharibəsinə də aiddir. Ərdoğanın işgüzar səfəri ikitərəfli münasibətlərin yaxşılaşmasına töhfə verərsə, hər iki tərəfin xeyrinə olacaq”.

Qəzet Türkiyənin təsiredici aktor olduğunu yazır:

“Türkiyə Qərblə İslam dünyası arasında körpü qurucusu, NATO üzvü, əlbəttə, miqrasiya siyasəti baxımından mühüm tərəfdaş kimi vacib aktordur. Bundan əlavə, Almaniyada üç milyon türk əsilli insan yaşayır, vətənləri ilə çox yaxın əlaqələri var. Bu çətin, amma təsirli tərəfdaşla dialoq kəsilməməlidir. Yalnız təmasda olmaqla ona təsir edə və səsinizi eşitdirə bilərsiniz”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password