Vaşinqtonun xaos siyasəti: – Ayaq basdığı yerləri dağıdan Amerika
ABŞ dünyaya sülhə çağırış etsə də, özünün məkrli siyasəti dünyada alovlanmış müxtəlif münaqişələrin yaranmasına zəmin yaradır. Onlar sözdə problemlərin həllində maraqlı olduqlarını desələr də əməllərində tamamilə fərqli fəaliyyətlərə şahidlik edirik. Rusiya və Ukrayna arasında gedən müharibədə Kiyevin silahlandırılması və münaqişənin uzadılması üçün əllərindən gələni əsirgəməməkləri buna misaldır.
Amma bu müharibənin öz ərazilərindən uzaq tutmağa çalışırlar. Həmçinin hazırda Qəzzada baş verənlər hadisələrin şiddətlənməsində də əsas səbəbkar yenə də Qərbdir. Bu ABŞ-nin illərlə yeritdiyi siyasətin bir parçasıdır. Bundan öncəki Ərəb baharında oynanılan ikiüzlü rol da hər kəsə məlumdur.
Rəsmi Vaşiqtonun standartları barədə fikirlərini bölüşən Politoloq Turan Rzayev bildirib ki, Amerika bütün dünyaya özünü sülhün carçısı dövlət kimi qələmə verir:
“Doğrudur, hazırki geosiyasi vəziyyətdə super güc kateqoriyasına aid edə biləcəyimiz birnömrəli dövlət məhz Amerikadır. Amma bu onun digər ölkələrin daxili işinə və xarici siyasətlərinə qarışmasına şərait yaratmır. ABŞ hər zaman xaosla qidalanır. Xarici siyasətini digər dünya ölkələrinin daxili işlərinə burnunu soxmaqla, orada çevrilişlər etməyə, suni münaqişələr yaratmağa çalışan dəsti xətt üzərində qurub. İlk öncə xaosu yaradır, daha sonra xaosdan çıxış yolunu təqdim edir. Əslində isə daha böyük problemin yaranmasına vəsilə olur”.
Politoloq ABŞ-ın yaratdığı bəzi münaqişələrin hələ də öz həllini tapmadığını vurğulayıb:
“Bunlardan biri Koreya münaqişəsidir. Koreya xalqı bu səbəbdən yüz illərdir iki fərqli dövlət şəklində yaşayır. Digər tərəfdən Vyetnam əhalisi ABŞ-ın müdaxilələri üzündən ağrılı günlər yaşadı. Hazırda Kubanı mühasirədə və blokadada saxlayır. Rusiya və Ukrayna müharibəsində də əsas səbəbkarlardan biridir. Ukrayna prezdenti Zelenskinin münaqişənin başlarında sülh müqaviləsinə qarşı tutumu müsbət yöndə idi. Qərbin dəstəyini aldıqdan sonra müharibə daha geniş miqyas aldı. Bu gün də sözü gedən qarşıdurma davam etməkdədir və ABŞ vaxtın uzanması üçün əlindən gələni edir. HƏMAS və İsrail müharibəsində də problemi başladan İran olsada qızışma və hazırki etablara gəlməsində bir nömrəli faktor rəsmi Vaşiqtondur”.
T.Rzayev Amerikada qarşıdan prezident seçkiləri gəldiyini gəldiyini xatırladıb:
“Bu zamanlarda orada kartlar daha açıq oynanır. Dünya siyasi sistemində münaqişələri nəzarət edə biləcəyi həddə qədər gətirirlər və ardınca daxili siyasətə fokuslanırlar. Seçki zamanı namizədlərdə müharibə bölgələri ilə bağlı vədlərdən istifadə edirlər. Prezident seçkiləri başa çatdıqdan sonra isə, ABŞ yenidən xarici siyasətinə fokuslanır. Əfqanıstana edilən müdaxilə, İraqın işğalı, Ərəb Baharının pərdə arxasında əsas səbəbkar olaraq dayanması Amerikanın dünyada sülhün pozulmasında önəmli rol oynadığına əyani sübutlardır. Amerika heç bir zaman özünə güclü bir rəqib istəmir. O nəinki rəqiblərinin heç müttəfiqlərinində güclənməsini istəmir. Bu gün ABŞ Cənubi Qafqazda gedən məsələlərə də müdaxilə etməyə çalışır. Regionda sülh prosesi istiqamətində görülən işlər rəsmi Vaşiqtonun siyasəti üzündən yarımçıq qalır. Fransa kimi onlar da regionda sülhə təhdid yaradan qabaqcıl ölkələrdəndir. ABŞ-ın Ermənistana verdiyi açıq dəstəyinin real nəticəsi olaraq Ermənistan sülh müqaviləsindən yayınır. Amerikanın yeritdiyi bu cür xarici siyasət dünyada sülhün olmasına ən böyük əngəldir”./sherg.az