ABŞ Senatı yenə suları bulandırır: qalmaqallı akt Bakı ilə əməkdaşlığı riskə atır

 

Senatorlar ABŞ prezidentinin 107-115 İctimai Qanundan istifadə edə bilməyəcəyini nəzərdə tutan C.3000 ermənipərəst qanunun qəbuluna səs veriblər.

Qanun prezidentə “Azadlığı Müdafiə Aktı”nın 907-ci maddəsini keçməyə icazə verib.

Belə ki, 907 saylı düzəlişdə Azərbaycana yardım göstərilməsi qadağan edilir.

ABŞ prezidenti 907 saylı düzəlişdən yan keçə və 2024 və 2025-ci illər üçün büdcə ayırmalarından Azərbaycana yardım üçün maliyyə ala bilməz.

Qeyd edək ki, noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında beynəlxalq münasibətlər komitəsinin təşəbbüsü ilə “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib. Komitənin rəsmi saytında yer almış məlumata görə, dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avrasiya və Avropa Bürosunun administratorunun müavini Aleksandr Sokolovski çıxış ediblər. Dinləmələrin təşkilatçısı ABŞ konqresinin Avropa məsələləri üzrə alt komitəsinin sədri, respublikaçı senator Tomas Kin idi.

Göründüyü kimi, ABŞ illərdir Azərbaycanla və regionun digər oyunçuları ilə daha balanslaşdırılmış siyasət aparıb, indi isə daha fərqli siyasətə üz tutub. Lakin hələ də ikiüzlü, riyakar siyasətini davam etdirir.

Bu ölkə rəsmiləri Azərbaycanla təmaslar zamanı belə təsəvvür formalaşdırmağa çalışırlar ki, guya ABŞ-də anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır.

Bu cür siyasətlə ABŞ özünün regiondakı mövqelərinə zərbə vurur. Çünki regionun lider dövləti olan Azərbaycanla münasibətlər bölgədə fəal olan istənilən ölkə üçün son dərəcə önəmlidir./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password