Fransanın səfirləri prezidentlərinə etiraz edir – Makron onları pis vəziyyətdə qoyub
Fransanın Ərəb ölkələrində olan səfirlərindən ibarət bir qrup Fransa Xarici İşlər Nazirliyinə etiraz məktubu göndəriblər. Etiraz məktubu isə Fransa Prezidenti Makronun İsrail-Həmas müharibsəindəki mövqeyi ilə bağlıdır. Belə ki, Makron toqquşma başladığı ilk vaxtdan balanslı siyasət yürüdə bilməyib.
Əgər əvvəl Makron açıqlamalarında Fələstini dəstəkləyir, məsələnin dinc yolla həlli istiqamətində çağırışlar edirdisə, sonradan öz mövqeyini dəyişərək Fələstinə qarşı koalisiya yaratmaq təşəbbülü ilə çıxış etdi.
Fransız diplompatlar isə Fransanın və onun rəhərinin dəyişkən siyasətinə etiraz etmək üçün birgə məktub göndəriblər. Fransa mediasının əlinə düşən məktub isə artıq müxtəlif KİV-də tirajlanmağa başlayıb.
Fransız diplomatlar etirazlarında bildirirlər ki, Fransanın qeyri-müəyyən siyasəti onlara inamı azaldır və onlar fəaliyyətlərində ciddi problemlər yaşayırlar.
Fransanın bu tip balanssız siyasəti isə Azərbaycan ictimaiyyətinə çoxdan bəllidir. Fransa gah bölgədə sülh yaratma təşəbbüsləri ilə çıxış edir, sonradan isə mövqeyini dəyişərək Ermənistanı silahlandırır, Azərbaycana qarşı əsası olmayan, qərəzli iddialarla çıxış edir. Makron stabil siyasət yürüdə bilmədiyini artıq bütün dünya önündə bəyan edib.
İrəvan indi Fransanın liderlik etdiyi bir qrup ölkənin regiondakı marionetinə çevrilməklə yanaşı, Azərbaycana qarşı daha aqressiv mövqe tutmağa sürüklənir.
Bu gün isə Makron rejimi bu qeyri-taraz siyasətini İsrail-Həmas məsələsində də göstərir. Fransanın Bakıdakı səfiri də Makrona bir etiraz məktubu göndərməlidir. Axı o da ərəb ölkələrindəki digər diplomatlar kimi Makronun bəyanatlarının, yürütdüyü qeyri-adekvat siyasətin təsirlərini görür.
Belə olduğu halda isə, əgər Ərəb ölkələrindəki diplomatlar etiraz edirsən, Bakdakı Fransanın səfiri də analoji addımı atmalıdır.
İstər ikinci Qarabağ müharibəsinə qədərki, istərsə də, ondan sonrakı dövr göstərdi ki, Azərbaycan Prezidentinin mövqeyinə təzyiq, hədə, bəyanatlarla təsir etmək mümkün deyil. Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir dövlətdən asılı deyil. Fransanın qeyri-balanslı mövqeyi, Makron hakimiyyətinin qeyri-diplomatik açıqlamaları da buna təsir edə bilməz./trend.az